Bazar , Noyabr 17 2019
Ana səhifə / İqtisadiyyat / 22,7 milyardla bağlı bir saatlıq müzakirə…

22,7 milyardla bağlı bir saatlıq müzakirə…

Xəbər verdiyimiz kimi, iki gün öncə Milli Məclisin növbədənkənar sessiyası keçirildi və “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi ikinci oxunuşda qəbul edildi.

“Yeni Sabah” xəbər verir ki, iqtisadçı Qubad İbadoğlu büdcənin icrası ilə bağlı durumu şərh edib.

Onun sözlərinə görə, əslində “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanunun 20.3. maddəsinə görə, Dövlət büdcəsinin icrası barədə illik hesabat və müvafiq qanun layihəsi təsdiq olunmaq üçün növbəti ilin may ayının 15-dən gec olmayaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən Azərbaycan Respublikasının Milli Məclisinə təqdim olunur. 

Hesabat özündə digər məlumatlarla yanaşı bütün dövlət borcları, il ərzində götürülən dövlət borcları, o cümlədən buraxılmış dövlət qiymətli kağızları və verilən dövlət zəmanətləri və dövlət büdcəsinin Ehtiyat Fondunun, Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondunun vəsaitlərindən il ərzində istifadə, məqsədli büdcə fondlarının və yerli gəlirlərin vergi və digər ödəniş növləri üzrə icrası haqqında məlumatları da əks etdirir. 

Q. İbadoğlu bildirir ki, əgər hökümət parlamentə “2018-ci il dövlət büdcəsinin icrası haqqında” hesabatı vaxtında təqdim etsəydi, yəqin ki, Milli Məclis yay tətilinə çıxmadan, yəni iyunun 1-dək bu sənədi hər iki oxunuşda qəbul edə və qanun layihəsi də vaxtında imzalanardı: “Görünür ki, ötən ilin büdcəsi ilə bağlı hökumətin hesabatı ləngiyib. Bu ləngimənin nədən baş verdiyini büdcə müzakirəsində səsləndirilməyib. Çünki, “2018-ci ilin dövlət büdcəsinin icrası haqqında” qanun birinci oxunuşda mayın 31-də qəbul olumuşdu. Dünən isə ikinci oxunuşda sənəd qəbul edilib”.

Q. İbadoğlu qeyd edir ki, hakimiyyət bölgüsünün fəlsəfəsinə görə, “Dövlət büdcəsinin icrası barədə illik hesabat və müvafiq qanun layihəsi” Milli Məclisdə hökumət, adətən baş nazir və ya maliyyə naziri tərəfindən təqim olunur. Bu dəfə 2018-ci ilin dövlət büdcəsinin icrası barədə illik hesabat və müvafiq qanun layihəsi”ni Milli Məclisin “İqtisadi siyasət, sənaye və sahibkarlıq” komitəsinin sədri Ziyad Səmədzadə təqdim edib. 

“Amma, Milli Məclisin saytında yerləşdirilən məlumatdan və eyni zamanda mətbuatda dərc olunanlardan belə başa düşülür ki, müzakirələrdə nə maliyyə naziri, nə də baş nazir çıxış etməyib. Ümumiyyətlə, ötən ilin 22,7 milyard manatlıq büdcəsini icrasına dair qanun layihəsi 1 saat ərzində yekunlaşıb”. 

Bundan başqa iqtisadçı bildirir ki, nə Milli Məclisin, nə Maliyyə Nazirliyinin, nə də Hesablama Palatasının saytında “Dövlət büdcəsinin icrası barədə illik hesabat və müvafiq qanun layihəsi” yerləşdirilməyib: “Yalnız Hesablama Palatası verdiyi rəy əsasında hazırladığı xülasəni sayta qoyub. Rəsmi mətbu orqanlarında da nə hesabatı və nə də Qanun layihəsini dərc etməyib. Həmin qəzetlərdə əsas material Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışı ilə bağl olub, ötən ilin büdcəsinin icrası ilə bağlı epizodik materiallar yerləşdirilib”.

Həmçinin oxuyun

Azərbaycan buğda idxalını kəskin artırıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan 294 984,97 min ABŞ dolları dəyərində 1 371 021,99 ton …