Cümə , Oktyabr 22 2021
Ana səhifə / İqtisadiyyat / 2022-ci ilin dövlət büdcəsinin layihəsi təsdiqləndi

2022-ci ilin dövlət büdcəsinin layihəsi təsdiqləndi

Nazirlər Kabineti 2022-ci ilin dövlət büdcəsinin və icmal büdcənin layihələrini bəyənib.

Belə ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Qərara əsasən, “Azərbaycan Respublikasının 2022-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri” və “Azərbaycan Respublikasının 2022-ci il və sonrakı üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri” bəyənilib.
Qeyd olunan layihələr “Büdcə sistemi haqqında” Qanunda nəzərdə tutulan digər sənədlərlə birlikdə Azərbaycan Respublikasının Prezidentinə təqdim ediləcək.

Həmçinin oxuyun

Bahalaşmanın əsas səbəbləri nələrdir? – VİDEO

Son dövrlər ərzaq və qeyri-ərzaq məhsullarının qiymətində artım müşahidə edilir. Ekspertlər qeyd edirlər ki, bunun …