Şənbə , Aprel 20 2024
Ana səhifə / İqtisadiyyat / 2022-ci ildə turistlərin ən çox gəldiyi ilk üç ölkədən biri Türkiyə olub

2022-ci ildə turistlərin ən çox gəldiyi ilk üç ölkədən biri Türkiyə olub

“Economy” qəzetinin Birləşmiş Millətlər Təşkilatının Dünya Turizm Təşkilatının (DTT) məlumatlarına əsaslanaraq, verdiyi məlumata görə, dünyanın ən çox turist qəbul edən ölkələrinin reytinqi müəyyən edilib. Xəbərə görə, Türkiyə ilk sıralarda yer alıb. “Türkiyə” ziyarətçilərin sayına görə Fransa və İspaniyadan sonra İtaliya və ABŞ-ı qabaqlayaraq üçüncü yeri tutub.

DTT-ya üzv ölkələrin məlumatlarında 2019-cu ildə ən çox ziyarətçi qəbul edən ilk 10 ölkə siyahısında altıncı sırada olan Türkiyə, üçüncü yerə yüksəlib və gəlirlərinin artırılmasında göstərdiyi performansla birinci olub. DTT məlumatlarına görə, 2022-ci ildə təxminən 1 milyard insan səyahət edib. Pandemiya səbəbindən bu rəqəm 2021-ci ildə 447 milyon, 2020-ci ildə isə 409 milyon olub.

2022-ci ildə turistlərin ən çox gəldiyi ilk üç ölkə isə, Fransa, İspaniya və “Türkiyə”dir. “Türkiyə” 51 milyon turistlə 50 milyon turist qəbul edən, ABŞ və İtaliyanı qabaqlayıb. Fransa 82 milyon turistlə birinci yeri tutarkən, İspaniyanın 74 milyon turistə ev sahibliyi edəcəyi təxmin edilir. Reytinq cədvəlində ilk onluqda, Rusiya, Meksika, Yunanıstan, İngiltərə, Almaniya, Portuqaliya, Bolqarıstan və İran var.

Həmçinin oxuyun

Bankların kredit fırıldağı – Müştərini belə aldadırlar 

Əksər banklar müxtəlif yollarla vətəndaşları kredit kartlarından istifadəyə təşviq edir. İlk baxışda olduqca sərfəli və …