Cümə axşamı , Mart 28 2024
Ana səhifə / İqtisadiyyat / 2021-ci ildə istifadəyə verilən yaşayış evlərinin sahəsi niyə azalıb? – ŞƏRH

2021-ci ildə istifadəyə verilən yaşayış evlərinin sahəsi niyə azalıb? – ŞƏRH

“Sifariş və tələbatın azalması cari ilin 6 ayında istifadəyə verilən yaşayış evlərinin sayının kəskin azalmasına səbəb olub”.

Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Fuad İbrahimov Statistika Komitəsinin məlumatına əsasən, 2021-ci ilin birinci yarısında istifadəyə verilən yaşayış evlərin sahəsinin 64 faizə qədər azalmasının səbəblərini göstərərkən deyib. O bildirdi ki, bu sahədə iqtisadi və maliyyə cəhətdən hər hansı bir çatışmazlıq qeydə alınmayıb: 

“Azalma sadəcə olaraq sifariş və tələbatın azalmasından qaynaqlana bilər. Göstərici ancaq bununla bağlıdır. Çünki digər makroiqtisadi göstəricilərdə hər hansı bir çatışmazlıq yoxdur. İstər pul kütləsi, istər inşaat materialları, istər torpaq ayırma sənədləri, istərsə də qanunvericilikdə nəzərdə tutulan digər göstəricilərdə məhdudiyyət yaradacaq hər hansı geriləmələr yoxdur”. 
Ekspertin fikrincə, 2021-ci ilin əvvəlindən yenidənqurma və infrastruktur işlərində aktivliyin olmaması da prosesə öz təsirini göstərib:
“Nəzərə almalıyıq ki, bu ilin əvvəlindən infrastruktur və yenidənqurma işlərində kifayət qədər aktivlik yoxdur. Bu da əsasən azad olunmuş torpaqlarımızı əhatə edən ərazilərlə bağlıdır. Belədə, birmənalı şəkildə bildirmək olar ki, sifariş və tələbatın azalması tikinti sektorunda bu vəziyyətin yaranmasına gətirib çıxarıb.  Qarşıdan gələn 6 ay ərzində azad olunmuş ərazilərimizdə tikinti işləri güclənsə, sektordakı geriləmə aradan qaldırıla bilər”.

Həmçinin oxuyun

Gülağa Bağırov 1 milyonu NEYNƏDİ?

Göz qamaşdırıcı tenderləri ilə diqqət çəkən qurumlardan biri də Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq …