Çərşənbə , Aprel 14 2021
Ana səhifə / İqtisadiyyat / 2021-ci ildə neftə tələbat artacaq? – RƏY

2021-ci ildə neftə tələbat artacaq? – RƏY

OPEC+ sazişi üzrə neft hasilatının artırılması 2021-ci ildə tələbatın artması fonunda mülayim görünür.

Bunu Fransanın Beynəlxalq və Strateji Münasibətlər İnstitutunun baş elmi işçisi Fransis Perren deyib.

O bildirib ki, OPEC və təşkilata daxil olmayan ölkələrin nazirlərinin aprelin 1-də keçirilən görüşü neft qiymətlərinə müsbət təsir göstərib:

“Brent və WTI markalı neftin qiymətləri 3-4 faiz artıb. “Brent” həftəni 64,84 dollar/barel, WTI 61,45 dollar/barel həddində bağlayıb”

Ekspert bildirib ki, bahalaşma bir sıra səbəblərdən baş verib:

“OPEC+ ölkəlri növbəti dəfə asanlıqla vahid razılıq əldə edə bildilər və bu neft bazarlarına müsbət təsir göstərdi. Təşkilata may, iyun və iyul üçün hasilatı artırsa da, bu 2021-ci ildə tələbatın artması fonunda mülayim görünür. OPEC+ qərarları yaxşı icra olunur, fevral ayında müvafiq qərarın icrası 115 faiz yerinə yetirilmişdi. Bundan başqa, ABŞ və Asiya iqtisadiyyatlarından alınan müsbət siqnallar da pandemiya ilə bağlı mövcud qeyri-müəyyənliyə baxmayaraq müsbət təsirini göstərir”. (Trend)

Həmçinin oxuyun

Turizm şirkətləri müflis olur: bu mövsümdə sərhədlər açılacaqmı? – ŞƏRH

Pandemiya səbəbindən 2020-ci il turizm üçün itirilmiş il hesab olundu. COVİD-19 virusunun sürətlə yayılması səbəbindən …