Ana səhifə / İqtisadiyyat / “2020-ci ildə cəmi 10 faiz nağd əməliyyatlar qalacaq”

“2020-ci ildə cəmi 10 faiz nağd əməliyyatlar qalacaq”

“2020-ci ildə müştərilərin bütün əməliyyatlarının 90%-ni rəqəmsal kanallardan həyata keçirilməsini istəyirik. 10% nağd əməliyyatlar qalacaq”.

Bu barədə “Paşa Bank” ASC-nin İdarə Heyətinin sədri Taleh Kazımov bu gün keçirilən mətbuat konfransında məlumat verib. Sədrin sözlərinə görə, “Paşa Bank” kiçik və orta sahibkarlıq (KOS) daha aktiv olmağı planlaşdırır: “Bu sahədə kredit portfelini 2020-ci ilədək 25 mln. manatdan 170 mln. manata qədər artırmaq niyyətimiz var. Bu, 7 dəfə artım deməkdir. Həmçinin 2020-ci ilədək “Paşa Bank”ın ümumi kredit portfelini 1 mlrd. manatdan 2 mlrd. manata qədər artırmaq niyyətindəyik. Həmçinin aktivləri 5,2 mlrd. manata çatdırmağı düşünürük. Bankın 5 min hüquqi şəxs müştəri var. Bu sahədə əməliyyatların sayı 70%, ümumi dövriyyə isə 35% artıb. Fərdi bankçılıqda müştərilərin sayı 33 mindən 104 minə çatıb”.

Qeyd edək ki, 2017-ci ilin konsolidə olunmuş maliyyə hesabatına əsasən, “Paşa Bank”ın aktivləri illik müqayisədə 20% artaraq 4 mlrd. manata çatıb. Bankın Kredit portfeli 21% artaraq 1,4 mlrd. manat, xalis mənfəəti isə 30% artaraq 89 mln. təşkil edib. Bunun da 83 mln. manatı Azərbaycan bazarından əldə edilib.

Həmçinin oxuyun

Gülağa Bağırov 1 milyonu NEYNƏDİ?

Göz qamaşdırıcı tenderləri ilə diqqət çəkən qurumlardan biri də Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq …