Bazar , Oktyabr 25 2020
Ana səhifə / İqtisadiyyat / «2019-cu il dünya iqtisadiyyatı üçün kifayət qədər mürəkkəb il olacaq» – Analitik

«2019-cu il dünya iqtisadiyyatı üçün kifayət qədər mürəkkəb il olacaq» – Analitik

«Forex Club» şirkətinin analitiki İvan Marçena proqnoz edir ki, 2019-cu il böyük ehtimalla, dünya iqtisadiyyatı üçün «kifayət qədər mürəkkəb» il olacaq.

Analitikin fikrincə, «əsas riskləri hər şeydən əvvəl, geopolitika özündə «gizlədir» – sözügedən sahədə çox sayda problemlər bu ildən o biri ilə keçir».

Ekspertin şərhində xüsusilə qeyd olunur ki, «hələ də Amerika Birləşmiş Ştatları (ABŞ) və Çin arasında ticarət münaqişəsi həll olunmamış qalır və baxmayaraq ki, tərəflər bu problemdən çıxmaq üçün bütün səyləri göstərirlər, konkret nəticələr hələ ki, yoxdur».

Bundan başqa, ekspert əmindir ki, 2019-cu ildə ABŞ Federal Ehtiyat Sisteminin (FES) siyasəti dünya bazarlarına böyük təsir göstərəcək, xüsusilə də nəzərə almaq lazımdır ki, ötən ildə prezident Donald Tramp dəfələrlə «ifadələrindən utanmadan» Federal Ehtiyat Sistemini və onun başçısı Gerom Pauelli «danlayıb».

Marçena hesab edir ki, «dünya bazarlarına – hər şeydən əvvəl isə inkişaf etməkdə olan bazarlara – təsir göstərən daha bir amil də Rusiyaya qarşı sanksiyaların tətbiqi istiqamətindəki təhdidlərin dövriyyədə qalmasıdır».
Bundan başqa, analitik «dünya bazarlarında neftin qiymətinin indiki dinamikasının gələcəkdə dəyişməz qalması təhlükəsi»ni də bu sıraya əlavə edir.

Həmçinin oxuyun

TAP enerji mənbələrini nəql etməyə hazırdır

Azərbaycan təbii qazının Avropaya nəqlini nəzərdə tutan Trans-Adriatik boru kəməri (TAP) hidrogen və biometan da …