Şənbə , Noyabr 28 2020
Ana səhifə / İqtisadiyyat / 2018-ci il qlobal iqtisadiyyatda sərt monetar siyasət ili ola bilər- EKSPERT

2018-ci il qlobal iqtisadiyyatda sərt monetar siyasət ili ola bilər- EKSPERT

Qlobal iqtisadiyyat 2011-ci ildən sonra ən dinamik artım dövrünü yaşayır. “Citigroup” və “JPMorgan” bankları 2018-ci ildə inkişaf etmiş ölkələrdə orta uçot dərəcəsinin ən azı 1%-ə çatacağını və bunun 2006-cı ildən etibarən ən geniş ölçülü sərtləşdirmə olacağını bildirir. 

“Report” “Bloomberg Economics”ə istinadən xəbər verir ki, mərkəzi banklar 2018-ci ilin sonunda monetar stimullaşdırma proqramlarını bu ilin sentyabr ayı ilə müqayisədə 7 dəfə azaldaraq 18 mlrd. dollara endirəcək. 2019-cu ilin əvvəlində isə bu göstərici “mənfi” olacaq. Yəni mərkəzi banklar balanslarını azaltmağa başlayacaqlar.

“Citigroup”un aparıcı iqtisadçısı İbrahim Rəhbərinin sözlərinə görə, 2018-ci il tam mənalı monetar sərtləşdirmə ili olacaq: “2018-ci ilin sonu və 2019-cu il isə monetar siyasətlərin dünya iqtisadiyyatını mürəkkəbləşdirdiyi dövr olacaq”.

“Citigroup” 2018-ci ildə ABŞ və Kanadanın 3 dəfə, Avstraliya, Yeni Zelandiya, İsveç və Norveçin bir dəfə faiz artıracağını proqnozlaşdırır. “JPMorgan” isə ABŞ-ın Federal Rezerv Sisteminin (FED) 2018-ci ildə uçot dərəcəsini 4 dəfə artıracağını ehtimal edir. Buna səbəb kimi, dünya iqtisadiyyatında növbəti il gözlənilən 4%-lik iqtisadi artım göstərilir. Avropa Mərkəzi Bankından (ECB) və Yaponiya Mərkəzi Bankından (BoJ) isə 2018-ci ildə faiz artımı gözlənilmir.

Həmçinin oxuyun

Nöqsanlara yol vermiş sahibkarlar cəzalandırıldı

İqtisadiyyat Nazirliyi sahibkarlıq subyektlərində (ictimai iaşə və turizm obyektləri istisna olmaqla) pandemiya şəraitinin zəruri qayda …