Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / İqtisadiyyat / “200 manatdan daha çox 2 manata ehtiyac var…” -Yeni əskinas devalyasiyaya təsir edəcək?

“200 manatdan daha çox 2 manata ehtiyac var…” -Yeni əskinas devalyasiyaya təsir edəcək?

Xəbər verdiyimiz kimi, gələn aydan etibarən Azərbaycanda dövriyyəyə 200 manatlıq əskinaslar buraxılacaq.

Azinforum.az  xəbər verir ki, yeni əskinasın Azərbaycan iqtisadiyyatında və maliyyə bazarına təsirləri barədə “Qafqazinfo”ya danışan iqtisadçı-ekspert Samir Əliyev bildirib ki, bu addıma əslində elə də ehtiyac yox idi.

Ekspert 200 manatdan daha çox 2 və ya 3 manatlıq əskinasa ehtiyacın olduğunu söyləyib:

“1 və 5 manatalıq əskinaslar arasında heç bir pul vahidi yoxdur. Ona görə də bazarda müəyyən çətinliklər yaşanır. Məhz buna görə də 2 və ya 3 manatlıq əskinas dövriyyəyə buraxılsa yaxşı olar”.

S.Əliyev 200 manatlıq əskinasın milli valyutamızın dəyərini təsir etməyəcəyini, bunun fonunda da devalvasiya riskinin gözlənilmədiyini sözlərinə əlavə edib.

İqtisadçı ölkədə nəğdsiz ödənişlərin tətbiqi istiqamətində təbliğat aparıldığı bir zamanda daha yüksək nominalda əskinasın buraxılmasını da bu məqsədə uyğun hesab etmədiyini söyləyib. O, yeni əskinasın sadəcə yığımı asanlaşdıracağını bildirib.

Qeyd edək ki, 200 manatlıq əskinas iyundan etibarən dövriyyəyə buraxılacaq.

Yeni əskinas devalyasiyaya təsir edəcək?

Həmçinin oxuyun

Dollar və qızılın dəyərinin artması nədən xəbər verir?

Günlərdir dünya bazarında ABŞ dolları dəyər qazanır. Həmçinin neftin qiyməti də yüksəlir.“Bloomberg” yazır ki, Yaxın Şərq ətrafında …