Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / İqtisadiyyat / 200-dən çox siqaret gətirən vergi ödəyəcək – Nazirdən açıqlama

200-dən çox siqaret gətirən vergi ödəyəcək – Nazirdən açıqlama

Azərbaycanda fərdi istehlak üçün ölkəyə gətirilən aksiz vergisindən azad alkoqollu içkinin və siqaretin həcmi azaldılır. 

“Qafqazinfo” xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən növbədənkənar plenar iclasında maliyyə naziri Samir Şərifov deyib. Nazirin sözlərinə görə, bu, Vergi Məcəlləsinə dəyişiklik layihəsində əksini tapıb. Layihəyə əsasən, fiziki şəxsin fərdi istehlakı üçün ölkəyə gətirdiyi 1,5 litr alkoqollu içki, 200 ədəd siqaret aksiz vergisindən azaddır.

Mövcud qanunvericiliyə görə, fiziki şəxslər idxal olunan 3 litr alkoqollu içki, 600 ədəd siqaretə görə aksizdən azad idilər. Dəyişikliklə əlaqədar Vergi Məcəlləsinə 194.1.2-ci maddə əlavə edilir. Yeni maddəyə görə, aksiz markasının verilməsinə görə “Dövlət rüsumu haqqında” qanunla müəyyən edilmiş məbləğdə dövlət rüsumu tutulur.

Həmçinin oxuyun

Turist sayı nəyin hesabına artır?

Rəsmi açıqlama sərhədin COVİD-ə görə, Prezident təhlükəsizlik səbəbindən bağlı qaldığını deyir Bu ilin ilk üç …