Ana səhifə / İqtisadiyyat / 20 gün əvvəl yaranan şirkət DSX-nin 47 minlik tenderini uddu

20 gün əvvəl yaranan şirkət DSX-nin 47 minlik tenderini uddu

Dövlət Sərhəd Xidmətinin (DSX) keçirdiyi tender müsabiqəsinin (Açıq tender) qalibi “Ersen NN” MMC (VÖEN- 2007787551) olub.
Qalib şirkət DSX-ya 16 500 kub metr taxta kəpəyi satacaq və qarşılığında 46 860 manat alacaq.
Məlumat üçün bildirək ki, DSX tender müsabiqəsini bu ilin yanvar ayının 25-də elan edib. 
Maraqlıdır ki, tenderin qalibi olan “Ersen NN” MMC tender elanından cəmi 20 gün əvvəl – 05.01.2023-cü il tarixində dövlət qeydiyyatına alınıb.
“Dövlət satınalmaları haqqında” Qanunun 6-cı maddəsində podratçıların ixtisasına dair tələblər yer alıb. Həmin maddənin 6.2.1-ci bəndində açıq şəkildə yazılır ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlılığının olması lazımdır. 
Cəmi 20 gün əvvəl yaranan bu şirkətin hansı peşəkarlığa və təcrübəyə sahib olacağı aydın deyil.
Onu da bildirək ki, nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanı “Bakı şəhəri, Xətai rayonu, Məzahir Rüstəmov, ev 22, m. 14”də yerləşir. MMC-nin qanuni təmsilçisi Almasov Rəşad Fazil oğludur.

Həmçinin oxuyun

Gömrük xətti ilə büdcə daxilolmaları AZALDI 

Cari ilin yanvar-fevral aylarında gömrük orqanlarının xətti ilə dövlət büdcəssinə 485 milyon 613.7 min manat …