Rusiyanın 20-dən çox heyvandarlıq müəssisəsi Azərbaycana ixrac hüququ əldə edib.
TASS xəbər verir ki, bu barədə Rosselxoznadzorun məlumatında deyilir.
“Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyi Rosselxoznadzor tərəfindən müəssisələrin respublikanın normativ tələblərinə uyğunluğuna verilən təminat əsasında Rusiyanın daha 23 şirkətinə heyvandarlıq məhsullarının istehsalı və saxlanması üzrə ixrac etmək hüququ verib”, – hesabatda deyilir.
Rosselxoznadzorun yaydığı məlumatda qeyd olunur ki, hazırda 1180-dən çox Rusiya müəssisəsi Azərbaycana ixrac etmək hüququna malikdir.
