Çərşənbə axşamı , İyun 25 2019
Ana səhifə / İqtisadiyyat / Kəndlinin planı alt-üst olub: Gözlərini ona dikmişdilər… Read more: https://sputnik.az/economy

Kəndlinin planı alt-üst olub: Gözlərini ona dikmişdilər… Read more: https://sputnik.az/economy

Azərbaycanda fındıq yığımına başlanılıb. Şimal-qərb bölgəsinin əsas gəlir mənbəyi olan fındığın qiyməti ötən illərə nisbətən aşağıdır. Bu isə fındıqdan daha yüksək gəlir götürməyi planlaşdıran insanları məyus edir.

Sputnik Azərbaycan-ın bölgə müxbiri bununla bağlı bölgə əhalisi arasında sorğu keçirib. Respondentlərin fikirlərini öyrənib, verilən cavablardan əldə edilən nəticə araşdırılıb. Əvvəlcə sorğuda iştirak edənlərin cavablarını təqdim edirik:

Omar Kərimov: “Bu il yağışlar çox oldu, buna görə də fındığın keyfiyyəti yaxşıdır. Lakin məhsuldarlıq zəifdir. Bu il Qaxda, eləcə də qonşu rayonlarımızda güclü leysanlar oldu. Biz də düşünürdük ki, fındığın qiyməti ötən ilə nisbətən yüksək olacaq. Lakin gözlədiyimiz olmadı”.

İslam Qardaşov: “Yazıq kəndli gözünü dikib fındığa. Maraqlıdır ki, həmişə məktəbqabağı fındığın qiymətini aşağı salırlar. Bir məktəblini də məktəbə yola salmaq üçün azı 200 manat pul lazımdır. Bölgəmizdə də iş yerləri çox azdır. Belə olan təqdirdə yazıq kəndli neyləməlidir? Ona görə də camaatın əksəriyyəti xarici ölkələrə üz tutur”.

Fındıq
Fındıq

Musa Məmmədov: “Bu gün fındığı inhisarda saxlayan bəzi möhtəkirlər, qiyməti nəzarətdə saxlayaraq, qaz vurub-qazan dolduranlar, “kasıb nə əkir əksin, varlının biçdiyi işə keçər ” prinsipi ilə iş görürlər”.

Südabə Qazıyeva: “Bu il fındığın qiymətindən razı qalan adam yoxdur. Bağ sahibinə xərcdən əlavə çox az pul qalır. Necə deyərlər, “aldım qoz, satdım qoz, mənə qaldı şax-şaxı”. Fındıq alıcıları bəhanə edir ki, dünya bazarında fındıq ucuzdur. Amma bu, belə deyil”.

Ramin Bayramov: “Mən Astaradanam. Burada görürəm ki, Azərbaycan fındığı İrana gedir. Heç bir şirkətlə müqavilə bağlamaq lazım deyil. Elə sərhədi keçən kimi yüksək qiymətə alırlar. Bu il fındığın tükənəcəyini və ölkədə bahalaşacağını düşünüb məhsulun ölkədən çıxmasına əhaliyə qadağa qoyuldu. Amma ötən gün arxa tərəfdən “TIR” dolu fındıq sərhədi keçdi. Nəzərinizə çatdırım ki, İranda fındığın kiloqramı 15-20 manatı keçir və bu qiymətə havada satılır”.

Məsələni araşdırmaq üçün Zaqatala rayonunda yerləşən fındıq zavodlarının birində olduq. Zavoddan Sputnik Azərbaycan-a verilən məlumata görə, fındığın qiyməti 2-2.70 manat arasında dəyişir. Fındığın qiyməti isə analiz əsasında müəyyənləşir.

Fındıq tədarükçüləri bölgədə fındığın az olması fonunda qiymətlərin aşağı olmasını xarici bazarlarda Azərbaycan məhsuluna tələbatın aşağı olması ilə izah edirlər. Onların sözlərinə görə, hazırda regionda əsas fındıq ixracatçısı Türkiyədir. Odur ki, xaricdə Türkiyə məhsuluna tələbat Azərbaycan məhsulu ilə müqayisədə yüksəkdir. Bu isə qiymətlərə mənfi təsir edir.

Həmçinin oxuyun

Azərbaycanda ipəkçiliyin inkişaf perspektivləri

Kənd təsərrüfatı sahəsi olan ipəkçilik hələ qədim zamanlardan Azərbaycanın bütün ərazisində yayılıb və günümüzə qədər …