Şənbə , Aprel 20 2024
Ana səhifə / İqtisadiyyat / 19 il saxta diplomla çalışdı, ilin müəllimi seçildi, amma…

19 il saxta diplomla çalışdı, ilin müəllimi seçildi, amma…

19 il saxta diplomla müəllimlik edən qadın dövlətdən aldığı maaşları faizilə ödəyəcək.

Məlum hadisə Türkiyənin Trabzon şəhərində qeydə alınıb. Özünü Ankara Universitetinin məzunu kimi təqdim etmiş Rukiye G.S. adlı qadının diplomunun saxta olduğu üzə çıxıb.

“Müəllimə” barəsində 4 il 12 ay müddətinə azadlıqdan məhrumedilmə cəzası istənilsə də, bu tələb qəbul edilməyib və onun 2005-2016-cı illər arasında dövlətdən aldığı əməkhaqqı araşdırılaraq məhkəməyə təqdim olunub. Belə ki, bu illər ərzində o, dövlətdən aldığı 330 min 578 lirəni (təxminən 166 min manat) faizi ilə geri ödəyəcək.

Qeyd edək ki, Türkiyə Təhsil Nazirliyi tərəfindən 2005-ci ildə ilin müəllimi seçilən qadın 1 ildən sonra təqaüdə çıxacaqmış.(qafqazinfo)

Həmçinin oxuyun

Azərbaycanda daha bir bank bağlanır – RƏSMİ

“Naxçıvan Bank” ASC bu ilin ilk rübündə 12 milyon manata yaxın kiçilib. Bankın aktivləri 1 …

Bir cavab yazın