Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / İqtisadiyyat / 18 ildən sonra gələn bildiriş: “İsti suyun pulunu ödəyin”

18 ildən sonra gələn bildiriş: “İsti suyun pulunu ödəyin”

Özbəkistanın Cizak şəhəri enerji müəssisəsi sakinlərə xəbərdarlıq edib ki, borcu ödəməsələr, evlərindən məhrum oluna bilərlər.

Bir çox şeyi unutmağa 18 il yetər yəqin. Bu səbəbdən Özbəkistanın Cizak şəhərinin sakinləri az qala 20 il öncə mənzillərinə verilmiş isti suya görə onlardan indi ödəniş istəniləndə başlarını itiriblər.

Axı bu qədər müddətdən sonra nəinki borc, heç həmin borcun ödənilməsi barədə qəbz də qalmaz.

“Buna inana bilmirirk. Yanılmıramsa, bizim binaya isti su verilməsi 1999-cu ildən dayandırılıb. Yəni düz 18 il əvvəl. O vaxt mənim bir yaşım olub”, – belə bildiriş alan bir sakinin AzadlıqRadiosuna dediyi sözlərdir.

Gənc oğlan mətbuat azadlığının davamlı boğulduğu və hakimiyyəti tənqidə tutanların aramsız cəzalandırıldığı bir ölkədə, bir çoxları kimi, adının gizli saxlanmasını istəyir.

“Borcu ödəməsəniz, eviniz əlinizdən alınacaq”

Cizak şəhəri Daşkəndlə Səmərqəndin arasındadır. Şəhərin enerji müəssisəsinin göndərdiyi bildirişlərdə sakinlərə xəbərdarlıq edilir ki, borcu ödəməsələr, cərimələnə, hətta əmlak icraya yönəldilə bilər.

Foto: arxiv

Foto: arxiv

Belə bildirişlərdən birində borc 386 min özbək somu, yəni təxminən 120 dollar göstərilib. Orta illik qazancın 2 min 500 dollar olduğu bir ölkədə, bu, heç də az məbləğ deyil.

Ancaq sakinləri daha çox təəccübləndirən borcun məbləği yox, onun 18 ildən sonra istənilməsidir. Hazırda ailələrin çoxu mənzillərini odun sobasında kömür, taxta və yana bilən hər hansı başqa material yandırmaqla qızdırırlar. İstilik radiatorları çoxdan sökülərək, atılıb və ya metal parçası kimi satılıb.

“Mənə dedilər ki…”

Sakinlərdən biri deyir ki, şəhər istilik müəssisəsinin ofisinə məsələni aydınlaşdırmağa yollanıb. Orda ona bunları deyiblər:

“Mənə bildirdilər ki, borcu ödədiyimə dair ovaxtkı qəbzləri gətirsəm, problem çözüləcək. Mən soruşanda ki “bəs 18 il əvvəlki ödəniş qəbzlərini indiyədək kim saxlayar?” – dedilər, bu, artıq sizin problemdir. Ödəniş qəbziniz yoxdursa, indi ödəməlisiniz”.

Borcun ödənilməsi üçün bildirişlərin niyə, az qala, 20 il sonra abonentlərə göndərildiyi haqqında, hələ ki, rəsmi açıqlama verilməyib. Adıçəkilən istilik müəssisəsinin rəhbəri Abduhamid Toshbulov AzadlıüRadiosuna, sadəcə, bunu deyib:

“Sakinlər narahatdırlar, bununla bağlı şəhər rəhbərliyinə, hətta ölkə prezidentinə şikayət edirlər. Ona görə biz də onlardan ödəniş qəbzlərini gətirməyi xahiş edirik ki, məlumatları yoxlaya bilək”.

Qaz kəməri, Rusiya, 28 dekabr 2016

Qaz kəməri, Rusiya, 28 dekabr 2016

Kənara qaz verir, özü qazsız qalıb?

Çoxları bu hadisəni 1991-ci ildə – Sovet İttifaqından ayrılandan sonra müstəqil olan Özbəkistanda kommunal xidmət sektorunun necə qarmaqarışıq bir duruma düşməsinə saysız-hesabsız misallardan biri sayır. Sovetlər dönəmində istilik və isti su ilə təchiz olunan binaların kommunal infrastrukturu indi baxımsızlıq üzündən iflas həddindədir.

Özbəklərin öz mənzillərini kömür və odunla qızdırması faktı, özlüyündə, başqaxıncı sayıla bilər. Axı Özbəkistan Müstəqil Dövlətlər Birliyində (MDB-də) Rusiya və Türkmənistandan sonra üçüncü iri qaz hasilatçısıdır. Ölkə öz qazını, əsasən, Çinə ixrac edir. 2015-ci ildə ixrac ən yüksək həddə – 10 milyard kubmetrə çatıb.

Özbəkistanın indiki prezidenti Shavkat Mirziyaev seçkiöncəsi vədlərində evlərin elektrik və qazla təchizatını yaxşılaşdıracağını, səmərəli nəqliyyat sistemi quracağını bildirmişdi. Mirziyaev ölkəni 30 ilə yaxın bir müddətdə dəmir yumruqla idarə etmiş avtoritar İslam Karimov-undövründə korrupsiyanın tüğyan etdiyi hakimiyyətdə uzun müddət baş nazir vəzifəsini tutub.

Həmçinin oxuyun

Neftdən büdcəyə daxilolmalar proqnozdan 217 mln. manat çoxdur

Dövlət büdcəsinin neft-qaz sektoru üzrə daxilolmaları 4562,6 milyon manat təşkil edib. Azinforum.az bu barədə Maliyyə …

Bir cavab yazın