Ana səhifə / İqtisadiyyat / 17 yaşlı qız 57 yaşlı polis rəisi ilə evləndi: Kadırov “Ləzginka” oynadı – VİDEOLAR, FOTOLAR

17 yaşlı qız 57 yaşlı polis rəisi ilə evləndi: Kadırov “Ləzginka” oynadı – VİDEOLAR, FOTOLAR

Luiza özündən 40 yaş böyük kişinin rəsmən ikinci arvadı oldu

Çeçenistanda dəfələrlə təxirə salınan və son günlərin ən səsli-küylü toyu nəhayət dünən baş tutdu. ANS PRESS-in məlumatına görə, Baytarki kəndinin sakini – 17 yaşlı Luiza Qoylabiyeva Nojay-Yurtovski rayonunun polis rəisi Najud Quçiqova ərə getdi.
Najud və Luizanın nikah mərasimi şənbə günü, saat 16:45-də Qroznı şəhərinin VVAQ şöbəsində baş tutub.
Bununla da, yeniyetmə qız Rusiya Federasiyasının qanunlarına zidd olaraq özündən 40 yaş böyük kişinin rəsmən ikinci arvadı oldu. Möhtəşəm toy mərasimi isə “Grand Hall Firdaws”da təşkil edilib.
Çeçenistan prezidenti Ramzan Kadırov Instagram səhifəsində hamını dəvət etdiyi toyda bəy və gəlinin yaxınları ilə yanaşı ölkənin yüksək çinli məmurları iştirak edib.
Kadırov Najud və Luizanın toyunu “Əsrin toyu” adlandırıb. Rəsmi məlumatlara görə, onların toyuna maraq göstərən KİV-nin sayı 1500-ü keçib. Hətta Avstraliya və Monakodan zəng vuranlar da var.
Bu gün toyun ən gözəl qızı ilə rəqs etməyi arzuladığını əvvəlcədən bəyan edən Ramzan Kadırov toyda “Ləzginka” musiqisinin sədaları altında rəqs edib.

Ölkə prezidenti cütlüyün şəxsi həyatına müdaxilə edərək bu toyun baş tutmamasına çalışanlar məhkəmə qarşısında cavab verəcəklərini də vurğulayıb.
May ayının əvvəlində “Novaya qazeta” qəzetində məlumatlar getmişdi ki, 17 yaşlı Luizanı 57 yaşlı Najuda ərə getməyə məcbur edirlər. Yazılırdı ki, polis rəisi yeniyetmə qızı özünə ikinci arvad etmək istəyir və hətta gəlinin respublikadan çıxarılmaması üçün post patrul xidmətinin əməkdaşları onun yaşadığı evin qarşısında keşik çəkirlər.
Bir müddətdən sonra Luiza Qoybalayeva və qohumları mətbuata açıqlama verərək bu toya qarşı olmadıqlarını bildirmişdilər. “Novaya qazeta”nın jurnalisti Yelena Milaşina isə həyati təhlükə gözlədiyindən Çeçenistanı tərk etməyə məcbur qalmışdı.

 

Həmçinin oxuyun

Gömrük xətti ilə büdcə daxilolmaları AZALDI 

Cari ilin yanvar-fevral aylarında gömrük orqanlarının xətti ilə dövlət büdcəssinə 485 milyon 613.7 min manat …

Bir cavab yazın