Ana səhifə / İqtisadiyyat / 15 yaşlı oğlan Ərdoğanı söydüyü üçün həbs edildi

15 yaşlı oğlan Ərdoğanı söydüyü üçün həbs edildi

Türkiyənin Kayseri şəhərində 15 yaşlı oğlan prezident Rəcəb Tayyip Ərdoğanı təhqir etdiyi iddiası ilə saxlanılıb. Lent.az“Cihan”a istinadən xəbər verir ki, Kayserinin Bünyan qəsəbəsində  prezidentə qarşı nalayiq sözlər işlədən yeniyetmə dünən axşam saxlanılıb və gecəni polis bölməsində keçirib. Polis tərəfindən internet klubun qarşısında tutulan yeniyetmənin məhkəmə qarşısına çıxarılması gözlənilir.

Qeyd edək ki, 15 yaşlı oğlan hazırda prokurorluqdadır və ifadəsi alınır.

 

Həmçinin oxuyun

Gömrük xətti ilə büdcə daxilolmaları AZALDI 

Cari ilin yanvar-fevral aylarında gömrük orqanlarının xətti ilə dövlət büdcəssinə 485 milyon 613.7 min manat …

Bir cavab yazın