Ana səhifə / İqtisadiyyat / 12 sığorta agentinin lisenziyası ləğv edilib

12 sığorta agentinin lisenziyası ləğv edilib

Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) İdarə Heyətinin qərarı ilə 12 fiziki şəxsə sığorta agenti kimi fəaliyyət göstərmək üçün verilmiş lisenziyalar ləğv edilib.

Azinforum.az-ınPalataya istinadən məlumatına görə, bunlar Abbasov Səbutay Vəkil oğlu, Ağayarlı Təbriz Adil oğlu, Ağayeva Samirə İsfəndiyar qızı, Cəfərov Cəfər Eyyub oğlu, Cəfərov Fəxrəddin Tofiq oğlu, Cəfərova Səbinə Əjdər qızı, Əliyev Qail Əlivahid oğlu, Əliyev Rauf Akif oğlu, İsgəndərov Ramin Roman oğlu, Piriyev Fərid Qüdrət oğlu, Rzayev Etibar Vüqar oğlu və Salamov Nemət Niyazəli oğludur. 
Bundan başqa, qurum rəhbərliyi “Sığorta fəaliyyəti haqqında” qanun və nizamnaməyə əsasən, attestasiyadan uğurla keçmiş 3 fiziki şəxsə – Səlimov Ervin Camal oğlu, Əmrəliyeva Gültəkin Faiq qızı və Mirzəyev Emin Alim oğluna sığorta agenti fəaliyyətinə müddətsiz lisenziyalar verib.

Həmçinin oxuyun

“Lirənin ucuzlaşması Azərbaycandan valyuta axınını yüksəldəcək”

“Türkiyənin milli valyutası – lirənin ucuzlaşması ilk dəfə deyil baş verir. 2018-ci ilin avqust- sentybar …