Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / İqtisadiyyat / 12 milyon insanın ölüm əmrini o vermişdi – Hitlerin “sağ əli” Henrix Himmler

12 milyon insanın ölüm əmrini o vermişdi – Hitlerin “sağ əli” Henrix Himmler

Henrix Himmler… SS-i (Faşist Almaniyasında qurulan polis birlikləri) bir qorxu və güc maşınına çevirən şəxs… Hitlerin “sağ əli” olan və bir əmriylə minlərlə yəhudini ölüm düşərgələrinə göndərən qəddar faşist…

Himmler 7 oktyabr 1900-cü ildə bavariyalı bir müəllimin oğlu olaraq Münhen şəhərində doğulmuşdu.

O, əkinçilik təhsili almışdı. 1923-dəki Hitlerin Zərbə cəhdi aksiyasında iştirak edən Henrix Himmler 1925-ci ildə faşistlərin təhlükəsizlik təşkilatı SS-ə qatılıb. Bundan 4 il sonra isə SS-in başına gətirilib.

SS-də o zamanlar 300-ə yaxın adam vardı və onlar Hitlerin qorumaları idi. Henrix Himmlerin təşkilatçılığı sayəsində SS-ə 1933-cü ilə qədər 50 min adam cəlb olunmuşdu. 1933-cü ildə faşistlərin hakimiyyəti ələ keçirməsiylə alman polisi SS idarəsinin tabeliyinə keçdi. Henrix Himmler daha sonralar möhkəm bir təhlükəsizlik şəbəkəsi quraraq faşizm əleyhdarı olan  bir çox qrupu və şəxsləri yox etdi. O, eyni zamanda Şimali Avropa irqindən olmayan azlıqların məhvini idarə edirdi.

Henrix Himmler İkinci Dünya Müharibəsi illərində Şərq Avropada qurduğu əsir düşərgələrində yəhudi və faşizm rejiminə qarşı olanların məhvini reallaşdırırdı.

İkinci Dünya Müharibəsinin gedişində Himmler sayəsində qazanılan müvəffəqiyyətlərə görə ona 1943-cü ildə daxili işlər naziri vəzifəsi verildi.

20 iyul 1944-cü ildə Hitlerə qarşı təşkil edilən müvəffəqiyyətsiz sui-qəsddən dərhal sonra nazir vəzifəsini tutan Himmler SS təşkilatının yanında ölkədəki bütün təhlükəsizlik gücləri üzərinə nəzarət təşkil etdi. O, idarəsindəki bütün polis orqanları, xüsusilə Gestapo (gizli polis) sayəsində böyük gücə sahibləndi.

Himmler əlavə olaraq təhlükəsizlik xidmətlərinə və əsir düşərgələrinə nəzarətə də məsul idi. 1945-ci ilin yanvarında faşist Almaniyasının rəhbəri Adolf Hitler Henrix Himmlerin Sovet qoşunlarının hücumunu dayandıra biləcəyini düşünüb onu Vistül Ordular Qrupu Komandirliyinə gətirdi. Bu zaman Hitler onun rəhbərə olan sədaqətini qiymətləndirərək belə addım atdı.
Hitler onu “sadiq Henrix” deyə çağırardı. Hitlerin yəhudiləri qətlə yetirimək fikri ortaya gəlincə Himmlerin verilən əmri qəbul etdiyi bilinməkdədir.

Maraqlıdır ki, Himmler bəzi danışmalarında antisemit (yəhudi düşməni) olmadığını söyləyib. Himmler bütün şübhələrinə baxmayaraq, verilən bütün əmrləri böyük bir istəklə yerinə yetirib. İlk qurbanlar güllələnərək vurulub öldürülürdü. Amma daha təsirli bir metod tapılmalı idi.

Bu metod ölümləri sürətləndirməli və SS zabitlərinin yəhudiləri öldürmək soyuqqanlılığını saxlamalı idi. Qərar Polşadakı bütün qaz otaqlarında zəhərli qazdan (hidrosiyanik turşu və karbon monoksit) istifadə edilməsi istiqamətində oldu.

Və bu qərarın icrası nəticəində 6 milyon yəhudi və təxminən 6 milyon yəhudi olmayan insan öldü.

1944-cü ilin qış aylarında Himmlerin rəhbərlik etdiyi SS təşkilatı tam 2 milyon üzvə sahib idi. Bu qədər gücə sahib olmasına baxmayaraq, 1945-ci ilin yazında Himmler xüsusi həkimi Feliks Kersten və SS generalı, xarici kəşfiyyat Şefi Valter Şellenberqlə mübahisəsində həyatını həsr etdiyi Almaniyanın zəfərindən şübhələndiyini söyləyirdi.

O, faşist rejiminin həyatda qalmasını İngiltərə və ABŞ-la aparacağı sülh danışıqlarına bağlamışdı. Himmler general Şellenberqin  təşviqiylə İsveç diplomatı Qraf Bernadotte ilə Danimarka sərhədində təmas qurub görüşmələrə başladı.

Adolf Hitler bu hadisələri eşidincə, Himmleri vətən xaini elan etdi. Hitler intihar etməsindən bir gün əvvəl Himmlerin bütün səlahiyyətlərini və rütbələrini geri aldı.

Himmler bu hadisələr yaşanarkən SS lideri, alman polis şefi, daxili işlər naziri, Volkssturm komandiri (faşist Almaniyasının son aylarında döyüşən birliklərdən biri), Vətən Ordusu komandiri və Almaniya Hökumət nümayəndəsi rütbələrinə sahib idi.

Himmlerin Qraf Bernadotte ilə görüşmələri nəticə vermədi. O, Berlinə də dönə bilməyəcəyi üçün Plön yaxınlarında Qərb bölgəsinin şimalında döyüşən və o zaman bütün alman qüvvələrinin komandiri olan admiral Karl Dönitzə qatıldı. Lakin Dönitz Himmleri dərhal yanından uzaqlaşdırdı və ona alman hökumətində yer olmadığını bildirdi.

Himmler həyatda qalma səylərini davam etdirməyə davam edirdi. Son çarə olaraq Amerikayla anlaşmağı seçdi. General Dvight Eisenhoverin qərargahıyla təmasa keçən Himmler faşist lider olaraq məhkəməyə çıxarılmaması qarşılığında bütün Almaniyanı müttəfiqlərə təslim edəcəyini söylədi. Lakin general Eisenhover müharibə səbəbkarı elan edilən Himmlerlə hər hansı bir şəkildə həmsöhbət olmağı rədd etdi.

Artıq hamı tərəfindən rədd edilməsi və müttəfiqlərin onun kəlləsini istəməsi Himmleri çıxılmaz vəziyyətə soxmuşdu. Belədə o, Danimarka sərhədində gizlənməli oldu. Həbs olunmaqdan xilas olmaq üçün özünü gizli ordunun polis şefi olaraq təqdim edən Himmler adını dəyişib Henrix Hitzinger qoymuşdu. O, bığını qırxmış və sol gözünə də bant taxmışdı. Tək planı Bavariyaya dönə bilmək idi. Sərhədlərdən keçə bilmək üçün saxta sənədlərdən istifadə etməyə çalışsa da, bu, nəticəsiz qaldı. İngilis ordusunun bir kapitanı Himmleri yaxaladı. Daha sonra onu Nüremberqdə faşist liderlərinin mühakimə olunacağı məhkəməyə göndərilmək üzrə hazırladılar.

Qərargahda axtarış aparılarkən artıq çıxılmaz vəziyyətdən qurtara bilməyəcəyini anlayan Himmler ağızında dişinin içərisində yerləşdirilən zəhəri – kalium siyanür kapsulasını udmalı oldu. 22 may 1945-ci ildə baş verən bu hadisə zamanı Himmler 12 dəqiqə içində öldü. Mədəsi yuyulduğu və qusdurulduğu halda belə, qurtarıla bilmədi.

Bu siyanür kapsulaları SS zabitlərinin dişlərinin içinə Holokostdan əvvəl yerləşdirilmişdi. Taxma dişin içində olan kapsula hər hansı fövqəladə bir vəziyyətdə intihar edə bilmələri üçün hazır olurdu.

Onun cəsədi gizlicə yandırıldı və Lüneburg Heath yaxınlarında bilinməyən bir məzara dəfn edildi. Himmlerin məzarının yeri indiyədək bilinmir. Himmlerin intiharının ardından bəzi iddialar irəli sürüldü. Lüneburqda intihar edənin Himmler olmadığı lakin ona çox bənzəyən birinin Himmler üçün intihar etdiyi iddia edildi. Daha sonra ODESSA (Keçmiş SS üzvləri dərnəyi) tərəfindən daha dəyişik ifadələr ortaya atıldı və iddialar maraqlı bir ölçüyə çatdı. ODESSA-ya görə Himmler Valdviertel yaxınlarındakı kiçik bir kənd olan Stronesə qaçmışdı.

Himmlerin deyil də bir əkizinin intihar etdiyi iddiası Hugh Tomas tərəfindən 2001-ci ildə yazılan “SS-1 Henrix Himmlerin şübhəli ölümü”  kitabında da yer aldı.

Amerikalı yazıçı Cozef Bellingerin qələmə aldığı “Himmlerin ölümü” kitabı bu iddialara başqa bir ölçü qazandırdı. Fərziyyələrə görə, Himmler ingilis ordusu tərəfindən 1945-ci ilin may ayında süi-qəsdə uğrayıb.

David İrvinq də Himmlerin ingilis istintaqçılar tərəfindən döyülərək öldürüldüyünü və döyüldükdən sonra burnunun da qırıldığını iddia edib. (Modern.az)

Həmçinin oxuyun

Kənddən şəhərə axın niyə dayanmır? – TƏHLİL

Ölkə iqtisadiyyatının bölgələr üzrə balanslı inkişafı əhalinin sosial rifahının normal təmini üçün əsas şərtdir. Keçən …

Bir cavab yazın