Ana səhifə / İqtisadiyyat / 118 ton Azərbaycan məhsulu Rusiyaya buraxılmadı

118 ton Azərbaycan məhsulu Rusiyaya buraxılmadı

Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinin (“Rosselxoznadzor”) Dağıstandakı bölməsi Azərbaycana məxsus 118 ton kənd təsərrüfatı məhsulunun ölkəyə girişinə qadağa qoyub.

“Report” bildirir ki, söhbət 32 ton pomidor, 53 ton gilas, 20 ton noxud və 13 ton çiyələkdən gedir.

Bununla yanaşı, Rusiya tərəfi Gürcüstandan şaftalı, İrandan isə bibər idxalına qadağa qoyub. “Rosselxoznadzor” nümayəndələri qadağaları məhsullarda zərərvericilərin aşkar edilməsi ilə izah ediblər.

Həmçinin oxuyun

Avropada turizm fəlakətə sürüklənib – İri şirkətlər iflas edib, 80 milyard dollar zərər gözlənilir

“The Financial Times” qəzeti koronavirus pandemiyasının 800 milyard avro dəyəri olan Avropa turizminə vurduğu ziyanı araşdırıb. Məqalədə hazırda …