Milyarder Corc Sorosun terrorçu elan olunması və bütün əmlakının əlindən alınması ilə bağlı Ağ evin saytında yaradılan petisiyanı 100 mindən çox adam imzalayıb.
“Report” TASS-a istinadən xəbər verir ki, Ağ evin ixtisaslaşmış veb-platformasının məlumatları bu həddə dünən çatıldığını göstərir.
Administartasiyanın sənədə reaksiya verməsi üçün məhz 100 min imza həddi müəyyənləşdirilib.
“Corc Sorosun qəsdən və daimi əsasda qeyri-sabitlik yaratmağa və ya Birləşmiş Ştatlara və onun vətəndaşlarına qarşı başqa zorakılıq aktları tətbiq etməyə cəhd göstərdiyini nəzərə alaraq, ABŞ-ın federal hökuməti və Ədliyyə Nazirliyi dərhal Corc Sorosu və onun təşkilatının bütün üzvlərini terrorçu elan edib, qanun çərçivəsində onun və onun strukturlarının bütün aktivlərini əlindən almalıdır”, – petisiyanın mətnində deyilir.
Qeyd edək ki, C.Soros “Soros Fund Management” Fondunun təsisçisidir və dünyanın ən zəngin insanları sırasında yer alır. “Forbes” onun var-dövlətini 25 milyard dollar səviyyəsində qiymətləndirir.
Həmçinin oxuyun
“Tenderlərə nəzarət edən qurumun qanunundan xəbəri yoxdur” – Ekspert
Dövlət satınalmalarına nəzarət edən qurum – İqtisadiyyat Nazirliyi Yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət …