Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / İqtisadiyyat / 10 şirkət “Gilan”a birləşdi – Siyahı

10 şirkət “Gilan”a birləşdi – Siyahı

Azərbaycanda 10 şirkət “Gilan” Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN – 1400130241) birləşir.
Belə ki, “Gilan” MMC ilə bağlı məlumatlar daha əvvəl Vergilər Xidmətinin reyestr məlumatlarında açıq olsa da, hazırda bu məlumatlar gizlədilib.
Qeyd edək ki, “Gilan” MMC 24.08.2004-cü ildə dövlət qeydiyyatına alınıb. 2020-ci ilin məlumatlarına görə MMC-nin nizamnamə kapitalı 776 milyon 388 min 444 manat olub. Hüquqi ünvanı Yasamal rayonu Nəriman Nərimanov pr., ev 206, mən. 466-da yerləşir. “Gilan”ın qanuni təmsilçisi Muradov Cəmil Tahir oğludur.
Qeyd edək ki, Nəriman Nərimanov pr., ev 206 ünvanında vaxtı ilə fövqəladə hallar naziri Kəmaləddin Heydərovun ailə üzvlərinin rəhbərlik etdiyi “Gilan Holdinq”ə bağlı şirkətlər yerləşib. MMC-nin qanuni təmsilçisi Cəmil Muradov “Gilan Holdinq”ə bağlı onlarla şirkətə rəhbərlik edib. Eyni zamanda Muradovun Kəmaləddin Heydərovun xalası oğlu olduğu barədə mətbuatda çoxsaylı məlumatlar yayılıb və bu günə kimi təkzib olunmayıb.
“Gilan” MMC-yə birləşən şirkətlər aşağıdakılardı:
1.” Bel az servis” MMC ( VÖEN:1300858401)
2. “AGS” MMC ( VÖEN: 3400287141)
3. “Jalə” uşaq bağçası (VÖEN: 4400677191)
4. “Tovuz Qida Məhsulları Müəssisəsi” MMC (VÖEN: 7301189921)
5. “Baku Rendering” MMC (VÖEN: 1304555431)
6. “Bahçeci Bakı Qadın Sağlamlıq Mərkəzi” MMC (VÖEN: 1303908471)
7. “D.S. Dynamic Soft” MMC (VÖEN: 1303803011)
8. “Dizayn+” MMC (VÖEN: 2000982041)
9. “Events Managment Azerbaijan” MMC (VÖEN: 1304737151)
10. “Gilan Aqro” MMC (VÖEN: 1402468001)

Həmçinin oxuyun

Turist sayı nəyin hesabına artır?

Rəsmi açıqlama sərhədin COVİD-ə görə, Prezident təhlükəsizlik səbəbindən bağlı qaldığını deyir Bu ilin ilk üç …