Cümə , Aprel 19 2024
Ana səhifə / İqtisadiyyat /  “Ətin ucuzlaşması mövsümlə əlaqədardır” – Nazirlikdən AÇIQLAMA

 “Ətin ucuzlaşması mövsümlə əlaqədardır” – Nazirlikdən AÇIQLAMA

Kənd Təsərrüfatı Nazirliyi son günlər mal ətinin qiymətinin ucuzlaşması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.

Nazirliyin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev AzVision.az-a bildirib ki, cins tərkibinin yaxşılaşdırılması, Avropanın inkişaf etmiş ölkələrindən cins malların ölkəmizə gətirilməsi, həmçinin Qafqazda ən böyük suni mayalanma mərkəzinin istifadəyə verilməsi ət məhsulların artmasına və qiymətlərin aşağı düşməsinə təsir edəcək.

M.Hacıyev Bakıda ətin qiymətinin ucuzlaşmasının mövsümlə əlaqədar olduğunu deyib: “Ətin qiymətini tələb-təklif əsasında bazar tənzimləyir. İndi mövsümün elə vaxtıdır ki, yaylağa gedən heyvanların Arana qayıtması, onların yaylaqda kökəlməsi ət istehsalının artmasına səbəb olur. Mövsümün bu vaxtında ət istehsalı artır, bu da təbii ki, istehsalın artmasına və qiymətinə təsir edir. Bunun qısa və uzun müddətli olmasını deyə bilmərik. Amma Kənd Təsərrüfatı Nazirliyi tərəfindən heyvandarlığın inkişafı ilə bağlı addımlar atılır. Bu da gələcəkdə ətin qiymətində azalmaya səbəb olacaq”.

Həmçinin oxuyun

Bankların kredit fırıldağı – Müştərini belə aldadırlar 

Əksər banklar müxtəlif yollarla vətəndaşları kredit kartlarından istifadəyə təşviq edir. İlk baxışda olduqca sərfəli və …