Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / İqtisadiyyat / ​Davudoğlu: “Aİ və Türkiyə iyunun sonunadək vizanın ləğvinə razılaşıb”

​Davudoğlu: “Aİ və Türkiyə iyunun sonunadək vizanın ləğvinə razılaşıb”

Türkiyə cari ilin iyun ayının sonunadək şengen zonası ilə viza rejiminin liberallaşdırılmasının implementasiyasına ümid edir.

Bunu Avropa İttifaqı-Türkiyə sammitindən sonra keçirilən mətbuat konfransında Türkiyənin baş naziri Əhməd Davudoğlu bildirib.

“Biz Türkiyə olaraq viza rejiminin planlaşdırdığımızdan tez ləğv edilməsini tələb etdik. Şadam ki, biz vizanın liberallaşdırılmasının ən gec iyunun sonunda, Niderlandın prezidentliyi dövründə implementasiya olunması barədə razılığa gəldik. Biz qanunverici tələbləri yerinə yetirmək üçün öz işimizi görəcəyik, Aİ isə öz payına düşəni. Ümid edirik ki, iyunun sonunadək Türkiyə vətəndaşları şengen zonasına vizasız gedə biləcək”, — deyə o bildirib. Report.az

Həmçinin oxuyun

Ötən ay ən çox şikayət olunan bank “Bank of Baku” olub – AMB

2024-cü ilin mart ayında Azərbaycanda ən çox şikayət edilən bank 5,03 indeksi ilə “Bank of …

Bir cavab yazın