Cümə , Aprel 19 2024
Ana səhifə / İqtisadiyyat / “Əsl müharibə hələ qabaqdadır” – Culian Assanj

“Əsl müharibə hələ qabaqdadır” – Culian Assanj

“Wikileaks sənədlərin dərc olunmasını davam etdirəcək. Bu gün mənim üçün mühüm qələbədir. Lakin yol indi başlayır, əsl müharibə hələ qabaqdadır”

Bu sözləri sözləri qalmaqallı Wikileaks saytının banisi Culian Assanj İsveç prokurorluğunun ona qarşı cinayət işinə xitam verməsindən sonra ilk dəfə jurnalistlər qarşısına çıxarkən səsləndirib.

Bu gün məlum olub ki, İsveç prokurorluğu Culian Assanjın işi üzrə yeddi ilə yaxın davam edən istintaqın dayandırılması barədə qərar çıxarıb və məhkəməyə onun həbsi üçün verilmiş orderin ləğv olunmasını tövsiyə edib. Lakin Britaniya polisi bildirib ki, Assanj Ekvadorun Londondakı səfirliyini tərk edərsə, həbs olunacaq. Skotlend-Yard bunu Vestminsterin magistrat məhkəməsinin 2012-ci il iyunun 29-da məhkəməyə gəlmədiyinə görə Culian Assanjın həbsinə order verməsi ilə əsaslandırıb.

2010-cu ildə Stokholmda seksual xarakterli cinayət törətməkdə ittiham olunan Assanj həmin ilin dekabrında İsveç hüquq-mühafizə orqanlarının sorğusuna əsasən Londonda həbs edilmiş, lakin bir neçə gündən sonra girov müqabilində azadlığa buraxılmışdı. İsveçin onu ABŞ-a verəcəyindən ehtiyatlanan Culian Assanj 2012-ci ildə siyasi sığınacaq xahişi ilə Ekvadorun hakimiyyət orqanlarına müraciət etmişdi və beş ilə yaxındır ki, bu ölkənin Londondakı səfirliyində qalır.

Bu gün, həmçinin Britaniya Baş nazirinin Daununq-stritdəki iqamətgahı qarşısında Assanja dəstək aksiyası keçirilib. Onun tərəfdarları Britaniya hakimiyyətini təqiblərə son qoymağa və Wikileaks yaradıcısının istədiyi yerə sakitcə getməsinə imkan yaratmağa çağırıblar.

Baş nazir Tereza Mey isə Şotlandiya seçiciləri ilə görüşü zamanı Assanjın taleyi ilə bağlı sualı cavablandırarkən bunun polisin səlahiyyət sferasında olduğunu deyib. (AzərTAc)

Həmçinin oxuyun

Azərbaycanda bu məhsullar ucuzlaşdı – RƏSMİ

Azərbaycanda ərzaq qiymətləri ucuzlaşıb. Dövlət Statistika Komitəsinin hesabatında bildirilib ki, bu ilin yanvar-mart aylarında ölkədə …

Bir cavab yazın