Şənbə , Aprel 20 2024
Ana səhifə / İqtisadiyyat / “Əsas hədəf Qətər deyil, Türkiyədir!” – Ərdoğan

“Əsas hədəf Qətər deyil, Türkiyədir!” – Ərdoğan

“CHP hakimiyyətinin azərbaycanlı qardaşlarımızı Boraltan körpüsündə ölümə təslim etdiyini unutmadıq”

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan əsas hədəfin Suriya, İraq, Qətər deyil, Türkiyə olduğunu bəyan edib.

APA-nın məlumatına görə, R. T. Ərdoğan Türkiyədə 15 iyul hərbi çevriliş cəhdinin ildönümü ilə bağlı hakim Ədalət və İnkişaf Partiyasının (AKP) qərargahında təşkil edilən “15 Milli iradənin zəfəri” mövzusunda paneldə çıxışında deyib ki, Türkiyənin Suriya, İraq və Qətərlə nə üçün maraqlandığını deyənlər var.

Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlunun belə mövqedən çıxış etdiyini qeyd edən R. T. Ərdoğan deyib ki, məsələnin Türkiyə olduğunu anlamayıb, Ankaradan İstanbula yürüş keçirənlərə Allah ağıl versin: “15 iyul mübarizəmizin zirvəsidir. Bu mübarizə davam edəcək. CHP sədri deyir ki, həbs olanlar azad edilsin, fövqəladə vəziyyət rejimi ləğv olunsun. Bu sözlərdən məmnun olanlar FETÖ-çülər, PKK terrorçularıdır. Məhkəmələrimiz hərbi çevrilişdə iştirak edənlərə və onlara dəstək verənlərə cəzalarını verənə qədər bu mübarizə davam edəcək. Fövqəladə vəziyyət rejimi terror təşkilatları ilə mübarizəyə ehtiyac qalmayana qədər davam edəcək. CHP hakimiyyətinin azərbaycanlı qardaşlarımızı Boraltan körpüsündə ölümə təslim etdiyini də unutmadıq “.

Həmçinin oxuyun

Bankların kredit fırıldağı – Müştərini belə aldadırlar 

Əksər banklar müxtəlif yollarla vətəndaşları kredit kartlarından istifadəyə təşviq edir. İlk baxışda olduqca sərfəli və …

Bir cavab yazın