Çərşənbə , Aprel 24 2024
Ana səhifə / İqtisadiyyat / Əsədin və Nəsrullahın başına mükafat qoyuldu

Əsədin və Nəsrullahın başına mükafat qoyuldu

Suriyada rejim qüvvələrinə qarşı vuruşan “Əl-Nüsra” Cəbhəsinin lideri Əbu Məhəmməd əl-Culani  digər qruplaşmalara birlik çağırışı edib.
Publika.az xarici mediaya istinadən xəbər verir ki, Culani “Twitter” hesabında dərc olunan və 21 dəqiqə 6 saniyə davam edən səs yazısında Suriyada Rusiyanın müdaxiləsinə qarşı birləşməyin vacib olduğunu deyib.
“Əl-Nüsra” Cəbhəsinin lideri həmçinin Dəməşq rejiminin tərəfində vuruşan “Hizbullah”ın rəhbəri Həsən Nəsrulah və Suriya prezidenti Bəşər Əsədi öldürənə mükafat veriləcəyini açıqlayıb.
Əsədin başına 3 milyon, Nəsrullahı öldürənə isə 2 milyon avro veriləcək. Culani onları öldürən şəxsin təhlükəsizliyinin “Əl-Nüsra” Cəbhəsi tərəfindən təmin ediləcəyini söyləyib.

Həmçinin oxuyun

Neftdən büdcəyə daxilolmalar proqnozdan 217 mln. manat çoxdur

Dövlət büdcəsinin neft-qaz sektoru üzrə daxilolmaları 4562,6 milyon manat təşkil edib. Azinforum.az bu barədə Maliyyə …

Bir cavab yazın