Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / İqtisadiyyat / “Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC yarmarka keçirəcək

“Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC yarmarka keçirəcək

Regionlarda fəaliyyət göstərən istehsalçıların iqtisadi müdafiəsini təmin etmək üçün Səhmdar Cəmiyyət paytaxt rayonlarında kənd təsərrüfatı məhsullarının satış-yarmarkalarının yaradılmasına başlayıb. İlk belə yarmarka sabah saat 10.00-da Yasamal rayonu, Seyfəddin Dağlı küçəsində (Hüseyn Cavid prospekti ilə kəsişmə, “Space” telekanalının yanı, 225 nömrəli məktəbin qarşısı) fəaliyyətə başlayacaq. Hər həftənin şənbə, bazar günləri fəaliyyət göstərəcək yarmarkada kiçik və orta fermerlərdən tədarük olunmuş 122 adda, 40 tondan artıq ekoloji təmiz məhsullar satışa çıxarılacaq. Qiymətlər isə   bazarlardakından  20% ucuz olacaq.

Səhmdar Cəmiyyətin bu addımı atmaqda məqsədi  mövsümdə bol məhsul istehsal etmiş fermerlərə kömək etmək, məhsullarının realizə olunmasına yardım göstərməkdir.

2018-ci ilin 9 ayının yekunlarına əsasən, Səhmdar Cəmiyyət yerli fermerlərdən ümumi miqdarı 53 min ton, dəyəri 106 milyon manat olan kənd təsərrüfatı məhsulları tədarük edib. Tədarük olunmuş məhsulların 81 milyon manatlıq hissəsi dövlət satınalan təşkilatlarının (uşaq bağçaları, xəstəxanalar, penitensiar sistem, hərbi hissələr və s.) təlabatına yönəldilib, 25 milyon manatlıq məhsul  isə xarici ölkələrə ixrac olunub.

Səhmdar Cəmiyyət ölkə üzrə tədarük-təchizat prosesini fasiləsiz olaraq davam etdirir.

Azinforum.az

Həmçinin oxuyun

Bu bank üçün “əcəl zəngi” çalınır

“Bank BTB”nin rəhbərliyində dəyişikliklər davam edir. Bu dəfə bankın Müşahidə Şurasının üzvü İkram Hümbətov vəzifəsindən …