Ana səhifə / İqtisadiyyat / “Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC-nin yarmarkası – FOTO

“Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC-nin yarmarkası – FOTO

Bu gün “Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyətinin təşkil etdiyi kənd təsərrüfatı məhsullarının satış-yarmarkası fəaliyyətə başlayıb.

Qurumdan verilən məlumata görə, yarmarka səhər saat 10.00-da Yasamal rayonu, Seyfəddin Dağlı küçəsində (Hüseyn Cavid prospekti ilə kəsişmə, “Space” telekanalının yanı, 225 nömrəli məktəbin qarşısı) istehlakçıların ixtiyarına verilib. Hər həftənin şənbə, bazar günləri fəaliyyət göstərəcək yarmarkada kiçik və orta fermerlərdən tədarük olunmuş 122 adda, 40 tondan artıq ekoloji təmiz məhsullar satışa çıxarılacaq. Qiymətlər bazarlardakından 20% ucuzdur.Alış-veriş edən paytaxt sakinləri qiymətlərin əlverişli olmasını bildiriblər.
Yarmarkanın açılışında iştirak edən İdarə Heyətinin sədri Əbülfət Qocayev və Yasamal rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov məhsullara baxış keçirib və alıcılarla söhbət ediblər. Paytaxt sakinləri bu cür ucuz yarmarkaların təşkil olunmasına ehtiyac olduğunu bildiriblər, gələcəkdə yarmarkanın gündəlik fəaliyyət göstərməsi nəzərdə tutulub.
Səhmdar Cəmiyyət paytaxtın digər ərazilərində də satış yarmarkaların təşkil olunması üçün işlər aparır.

Azinforum.az

 

Həmçinin oxuyun

Gömrük xətti ilə büdcə daxilolmaları AZALDI 

Cari ilin yanvar-fevral aylarında gömrük orqanlarının xətti ilə dövlət büdcəssinə 485 milyon 613.7 min manat …