Çərşənbə axşamı , Mart 19 2024
Ana səhifə / İqtisadiyyat / Ərzaq məhsullarının dəyəri artıb — RƏSMİ

Ərzaq məhsullarının dəyəri artıb — RƏSMİ

Bu ilin yanvar-mart aylarında ticarət dövriyyəsinin həcmi 2020-ci ilin yanvar-mart ayları ilə müqayisədə, 0,5 faiz artaraq, 5366,7 milyon manat olub.

Bu barədə Bakı Statistika İdarəsi məlumat yayıb.

Bildirilib ki, ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə, 10,3 faiz artaraq, 2749,7 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 8,0 faiz azalaraq, 2617,0 milyon manata bərabər olub.

İstehlak məhsullarının 35,2 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 48,0 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 16,8 faizi isə paytaxtın məhsul bazarlarında satılıb.

Həmçinin oxuyun

“Faizlərə yenidən baxılsın” – Deputatdan təklif

“Mərkəzi Bankın notları üzrə son faiz dərəcələrində cüzi artım qeydə alınıb. Belə ki, bir müddət …