Cümə , Aprel 19 2024
Ana səhifə / İqtisadiyyat / Ərzaq bahalaşıb – 17 FAİZ

Ərzaq bahalaşıb – 17 FAİZ

2017-ci ilin yanvar-oktyabr aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri ötən ilin müvafiq dövrünə nisbətən 13,7%, o cümlədən ərzaq məhsullarının qiymətləri 17,6%, qeyri-ərzaq mallarının qiymətləri 12,4%, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 9,6% artıb.
Dövlət Statistika Komitəsibildirir ki, cari ilin oktyabr ayında sentyabr ayına nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 1,1%, o cümlədən ərzaq məhsullarının qiymətləri 2,3%, qeyri-ərzaq mallarının qiymətləri 0,3%, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 0,2% artım nümayiş etdirib.
Ay ərzində toyuq və sümüksüz mal ətinin, kolbasa məmulatlarının, balıq məhsullarının, süd məhsulları, pendir və yumurtanın, kərə, zeytun və günəbaxan yağlarının, bananın, armudun, üzümün, göyərtinin, pomidorun, xiyarın, bibərin, badımcanın, lobyanın, kökün, sarımsağın, soğanın, kartofun, qəhvə, çay və kakaonun qiymətlərində artım, düyünün, unun, manna və qarabaşaq yarmasının, makaron məmulatlarının, sümüklü mal ətinin, portağalın, naringinin, almanın, heyvanın, narın, xurmanın, kivinin, qozun, fındığın, şabalıdın, şəkər və şəkər tozunun qiymətlərində isə azalma müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
Oktyabr ayında sentyabr ayı ilə müqayisədə qeyri-ərzaq mallarından parçaların, geyim və ayaqqabıların, inşaat materiallarının, mebel və ev əşyalarının, xalça və digər döşəmə örtüklərinin, kiçik elektrik cihazlarının, minik avtomobillərinin, telefon aparatlarının, dəftərxana ləvazimatlarının qiymətlərində bahalaşma, paltaryuyan maşınların və fotoaparatların qiymətlərində isə azalma müşahidə olunub. Digər qeyri-ərzaq mallarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Həmçinin oxuyun

Azərbaycanda bu məhsullar ucuzlaşdı – RƏSMİ

Azərbaycanda ərzaq qiymətləri ucuzlaşıb. Dövlət Statistika Komitəsinin hesabatında bildirilib ki, bu ilin yanvar-mart aylarında ölkədə …