Şənbə , Aprel 20 2024
Ana səhifə / İqtisadiyyat / “Ərim öldü, qaynıma ərə getdim, burada nə var?!” – FOTOLAR

“Ərim öldü, qaynıma ərə getdim, burada nə var?!” – FOTOLAR

“Ərim öldü, dünyasını dəyişdi. Onu çox sevirdim, amma həyat davam edir. Ölənlə ölmək olmaz”.

İngiltərənin Somerset şəhərinin sakini, 33 yaşlı Eşli Merrell Facebook-dakı profilində belə yazıb. Əri Maykl Merrel vəfat edəndən sonra Eşli mərhum ərinin qardaşı Krislə yaşamağa başlamışdı.

Maykl və Elizabet adlı əkiz övladları olan Maykl Merrel ailəsini normal yaşamını təmin etmək üçün az qala gecə-gündüz işləyirdi.

Belə günlərdən birində işdən evə gecəyarısı qayıdan Mayklla Eşli arasında dava düşür. Eşli ərini “ailəyə yetərincə diqqət ayırmamaq”da suçlayır, Maykl isə nikahlarının ildönümü ilə bağlı Praqaya səfər üçün gərəkli məbləğ toplamağa çalışdığını, bunun üçün çox işlədiyini deyib.

Hirslənmiş Maykl qonaq otağındakı divanda yatıb.

Səhər Eşli ərinin keçindiyini görüb.

Həkimlərin dediklərinə görə, ağır stressə məruz qalmış Maykl səhər yaxın ürəktutması keçirərək vəfat edibmiş.
Ərinin vəfatından az sonra isə Eşli Merrell qaynı Krislə görüşməyə başlayır. 6 ay əvvəl onlar birlikdə yaşamağa başlayıblar.

Eşli bu barədə Facebook-dakı profilində də yazıb.

Lakin qohumlarının, rəfiqələrinin və tanışlarının ağır tənələrinə məruz qalan Eşli Merrel dünən Krisdən ayrıldığını bəyan edib.//Milli.az

Həmçinin oxuyun

Bankların kredit fırıldağı – Müştərini belə aldadırlar 

Əksər banklar müxtəlif yollarla vətəndaşları kredit kartlarından istifadəyə təşviq edir. İlk baxışda olduqca sərfəli və …

Bir cavab yazın