Şənbə , Aprel 20 2024
Ana səhifə / İqtisadiyyat / “Ərgənəkon” işinin məşhur prokuroru Türkiyədən qaçdı

“Ərgənəkon” işinin məşhur prokuroru Türkiyədən qaçdı

Gülən camaatının üzvü olduğu deyilən və haqqında həbs qərarı çıxarılan Zəkəriya Öz dövlət çevrilişində ittiham olunur

Türkiyədə ordu mənsublarının qondarma ittihamlarla həbs edildiyi “Ərgənəkon” adlı cinayət işinin prokuroru Zəkəriya Öz ölkədən qaçıb.

Lent.az-ın Türkiyə mətbuatına istinadən xəbərinə görə, bir zamanlar xüsusi səlahiyyətlərə sahib olan və Gülən camaatının üzvü olduğu iddia edilən prokuror haqqında görüldüyü yerdə həbs edilməsi barədə qərarf çıaxarılıb. Zəkəriyə Özün Gürcüstana qaçdığı məlum olub.

Türkiyə Hakimlər və Prokurorlar Ali Qurumu tərəfindən prokurorluqdan kənarlaşdırılan Özlə bərabər sistemdən atılan digər iki prokuror – Cəlal Kara ve Məhmət Yüzgəç haqda da həbs qərarı çıxarılıb.

İşin ən maraqlı tərəfi odur ki, bir zamanlar ordu generallarının dövlət çevrilişində ittiham edərək onlara ömürlük həbs cəzası verilməsinə nail olan Zəkəriya Öz bu dəfə özü dövlət çevrilişində ittiham olunur.

O da bildirilir ki, artıq məsələ ilə bağlı Gürcüstan polisinə xəbər verilib.

Qeyd edək ki, “Ərgənəkon” işi çərçivəsində aralarında Azərbaycan əsilli general Vəli Kiçik və Türkiyə ordusunun sabiq baş qərargah rəisi İlkər Başbuğ da olmaqla, onlarla general terror təşkilatı qurmaq və idarə etmək, həmçinin, mövcud hökuməti devirmək ittihamı ilə həbs edilmişdi. Daha sonra isə AKP hökuməti ilə Gülən camaatının münasibətləri kəskinləşdikdən sonra bu ittihamların qondarma olduğu Türkiyə Konstitusiya Məhkəməsi tərəfindən təsdiqlənmiş və həbsdəki bütün hərbçilər azad edilmişdi.

Həmçinin oxuyun

Azərbaycanda daha bir bank bağlanır – RƏSMİ

“Naxçıvan Bank” ASC bu ilin ilk rübündə 12 milyon manata yaxın kiçilib. Bankın aktivləri 1 …

Bir cavab yazın