Cümə axşamı , Mart 28 2024
Ana səhifə / İqtisadiyyat / Ərdoğanın yanındayam – Jirinovski

Ərdoğanın yanındayam – Jirinovski

Ərdoğan haqlıdır. Almaniya və Hollandiya cəzalandırılmalıdır.

Axar.az xəbər verir ki, bu sözləri Rusiya Liberal Demokrat Partiyasının (RLDP) sədri Vladimir Jirinovski deyib.

“Onlar bizim deputatlarımıza da viza vermir. Biabırçılıqdır. Ölkələrini bağlayıblar. Nasist Almaniyasında qapılar açıq idi. Bu gün oraya kimin gəlib-gəlməyəcəyini müzakirə edirlər. Bu siyasətə görə onlara cəza vermək lazımdır. Mən qətiyyətlə Ərdoğanın yanındayam. Ərdoğan suriyalı miqrantları qəbul etməmək haqqına sahibdir. Getsinlər istədikləri ölkələrə. Almaniya, Hollandiya, Fransa. AB Türkiyəni aldadır, pul da vermir”, – partiya sədri əlavə edib.

Həmçinin oxuyun

Gülağa Bağırov 1 milyonu NEYNƏDİ?

Göz qamaşdırıcı tenderləri ilə diqqət çəkən qurumlardan biri də Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq …

Bir cavab yazın