Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / İqtisadiyyat / Ərdoğanın seçki oyunu

Ərdoğanın seçki oyunu

“Financial Times” Türkiyədə noyabra təyin olunmuş parlament seçkilərindən yazır.

Məqalədə bildirilir ki, seçicilər hakim AKP-yə çoxluğu qazanmaq imkanı verməyəndən sonra əsas müxalifət partiyası ilə koalisiya üzrə razılıq əldə olunmadı və prezident Rəcəb Tayyib Ərdoğan ikinci seçkini təyin etdi.

“Ancaq koalisiya danışıqları bir məzhəkə idi. Ərdoğan artıq ağlında tutmuşdu ki, türklər daha bir cəhd etsinlər. Ötən ay o, PKK ilə müharibəyə başladı. Bu kampaniya, görünür, millətçilərin səsini qazanmağı hədəfləyir. Digər tərəfdən isə kürdpərəst partiyanı terrorçular kimi qələmə vermək istəyir. Bu partiya onun təkadamlıq idarəçiliyi üçün super-çoxluğu qazanmaq planlarını alt-üst etdi” – deyə “Financial Times” yazır.

Qəzet yazır ki, prezidentin şıltaq hakimiyyət məşqi Türkiyəni xaosa sürükləyə bilər. Rəy sorğuları noyabrda AKP-nin daha yaxşı nəticə əldə edəcəyini göstərmir. Hazırda hakim partiyanın çoxluğu qazanması üçün 18 yer çatmır. İyun seçkisində parlamentə düşmüş kürdpərəst HDP isə 10 faizi təkcə kürdlərin hesabına yığacaq, bu səslərin AKP-yə veriləcəyini düşünməyə heç bir əsas yoxdur.

Türkiyə PKK-ya zərbələri davam etdirsə də ölkəni İŞİD-in hücumlarından qoruya biləcəyi real görünmür: “Türkiyə iqtisadiyyatında durğunluq yaranır, lirə düşür, xarici borc artır. Bu halda ölkə qarışıq duruma daha zəif duruş gətirə bilər. Parlament yenidən seçilsə də prezidentə qarşı bir təpki var. Konstitusiya Məhkəməsi onun minlərlə hazırlıq kursunu bağlamaq qərarını ləğv etdi. Ancaq türk seçicisinin Ərdoğan hakimiyyətinə son qoymaq şansı var – iyunda dediklərini yenidən, daha aydın şəkildə təkrarlasınlar”.

Həmçinin oxuyun

Turist sayı nəyin hesabına artır?

Rəsmi açıqlama sərhədin COVİD-ə görə, Prezident təhlükəsizlik səbəbindən bağlı qaldığını deyir Bu ilin ilk üç …

Bir cavab yazın