Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / İqtisadiyyat / Ərdoğanı söydüyünə görə arvadını məhkəməyə verdi, boşanırlar…

Ərdoğanı söydüyünə görə arvadını məhkəməyə verdi, boşanırlar…

Türkiyədə ər arvadını Erdoğanı təhqir etdiyi üçün məhkəməyə verib.

Bu barədə «Foreign Policy» yazır. Hələ ötən ay rəsmilər ölkənin 81 bölgəsindəki polis məntəqələrinə xatırlatma göndərib: Hökuməti kimsə təhqir etsə, dərhal ona qarşı hüquqi addım atın.

Ancaq bu dəfə məhkəməyə üz tutan sıravi vətəndaşdır. Hökumətyönlü «Yeni Şafak» bazar ertəsi yazıb ki, yük maşını sürücüsü arvadına qarşı məhkəmə iddiası qaldırıb. Belə ki, arvadı prezident Recep Tayyip Erdoğan-ı təhqir edib və hər dəfə o, televiziyada danışanda kanalı dəyişib.

Arvadı da ərindən boşanma qərarına gəlib və məhkəməyə müraciət edib.

40 yaşlı Ali D. qəzetə danışıb ki, arvadına dəfələrlə xəbərdarlıq edib, niyə belə davrandığını soruşub. «Ona deyirdim ki, prezidentimiz yaxşı adamdır. Türkiyə üçün yaxşı işlər görüb». Arvadı G.D. isə söyləyib ki, siyasi baxışlarına iradı varsa, məhkəməyə versin. Ali məhkəməyə arvadının söyüşlərinin səs yazısını da təqdim edib.

«Prezidenti təhqir edən atam da olsa, bağışlamaram və şikayət edərəm», – Ali deyir.

«Foreign Policy» yazır ki, Türkiyədə fəallar ölkədə söz azadlığına təzyiqlərin artıq özəl evlərdə də qorxu hissi yaratmasından narahatdırlar. Belə ki, indiyədək prezidenti təhqir ittihamıyla daha çox tələbə fəallar, jurnalistlər, müxalifət üzvləri üzləşib. (“Azadlıq” radiosunun xülasəsi)

Həmçinin oxuyun

Turist sayı nəyin hesabına artır?

Rəsmi açıqlama sərhədin COVİD-ə görə, Prezident təhlükəsizlik səbəbindən bağlı qaldığını deyir Bu ilin ilk üç …

Bir cavab yazın