Çərşənbə , Aprel 24 2024
Ana səhifə / İqtisadiyyat / Ərdoğandan Qərbə ittiham: “Mosul Türkiyənin olub”

Ərdoğandan Qərbə ittiham: “Mosul Türkiyənin olub”

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib ki, hazırda İŞİD tərəfindən tutulan Mosul şəhəri vaxtilə Türkiyəyə aid olub.

AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ərdoğan bu barədə Bursada tərəfdarları qarşısında çıxış edərkən bildirib.

“Anlamaq lazımdır ki, İraqda çox qədim şəhərlər var. Tarixdə Kərkük bizim şəhər olub, Mosul bizim idi”, – deyə Türkiyə prezidenti vurğulayıb.

Ərdoğan növbəti dəfə Qərb ölkələrini tənqid edərək deyib ki, onlar indiyədək İraq və Suriya üçün müsbət mənada heç nə etməyiblər.

Həmçinin oxuyun

“Tenderlərə nəzarət edən qurumun qanunundan xəbəri yoxdur” – Ekspert

Dövlət satınalmalarına nəzarət edən qurum – İqtisadiyyat Nazirliyi Yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət …

Bir cavab yazın