Ana səhifə / İqtisadiyyat / “Ərdoğana çay verməzdim” deyən bufetçi saxlanılıb

“Ərdoğana çay verməzdim” deyən bufetçi saxlanılıb

Türkiyənin müxalifət qəzetində bufet rəhbəri çalışan şəxs prezident Recep Tayyip Ərdoğana çay xidmət etməkdən imtina edəcəyini dediyi üçün saxlanılıb.
“Cumhuriyet” qəzetinin ofisində bufet rəhbəri olan Şenol Buran prezidenti təhqir etməkdə ittiham edilib. O isə bu iddianı təkzib edib, vəkili bildirib.
Türkiyə bu ilin iyulunda baş tutmayan çevriliş ilə əlaqədar olaraq “yadfikirlilik” ilə mübarizə aparıb.
“Cumhuriyet” qəzetinin əməkdaşları saxlanılan və ya istefaya göndərilən on minlərlə insanın arasında olub.
Qəzet anti-Ərdoğan xətti götürmüş az sayılı mətbu orqanlardan biridir.
Cənab Buran dekabrın 24-də işə gedərkən Ərdoğanın nitqi ilə əlaqədar olaraq təhlükəsizlik tədbirləri çərçivəsində yolların bağlandığını görüb.
O, polis əməkdaşlarına bildirib: “Mən o insana bir fincan çay təqdim etməzdim.”
Prezidenti təhqir edən dörd il müddətinə həbs oluna bilər.
Ötən ay “Cumhuriyet” qəzetinin 10 əməkdaşı kürd yaraqlılarına və ABŞ-da yaşayan Hizmət hərəkatının lideri Fətullah Gülənə dəstək verməkdə şübhəli bilinərək həbs olunub.
Türkiyə hakimiyyəti hesab edir ki, Fətullah Gülən baş tutmayan dövlət çevrilişinə cəhdi təşkil edib.
Bu ilin may ayında beş il müddətinə azadlıqdan məhrum edilmiş və daha sonra apellyasiya şikayətinə baxılanadək azad edilmiş “Cumhuriyet” qəzetinin baş redaktoru, Can Dündar Almaniyaya qaçıb.
Cənab Ərdoğanın tənqidçiləri onu dövlət çevrilişi cəhdindən sonra söz azadlığını məhdudlaşdırmaqda günahlandırıb.
Prezidentin tərəfdarları isə onu iqtisadi inkişafın hərəkətverici qüvvəsi olan güclü lider kimi qiymətləndirirlər (BBC).

Həmçinin oxuyun

Gömrük xətti ilə büdcə daxilolmaları AZALDI 

Cari ilin yanvar-fevral aylarında gömrük orqanlarının xətti ilə dövlət büdcəssinə 485 milyon 613.7 min manat …

Bir cavab yazın