Şənbə , Aprel 20 2024
Ana səhifə / İqtisadiyyat / Ərdoğan Tramp 45 dəqiqə nədən danışdılar…

Ərdoğan Tramp 45 dəqiqə nədən danışdılar…

ABŞ prezidenti Donald Tramp və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı baş tutub.

Virtualaz.org-un məlumatına görə,

Türkiyə KİV-ləri ABŞ və Türkiyə prezidentlərinin ilk telefon danışığının 45 dəqiqə davam etdiyini bildirirlər. Mənbələr telefon danışığının məhsuldar və müsbət olduğunu qeyd ediblər.

RİA Novosti bildirir ki, telefon danışığı zamanı ikitərəfli əlaqələr və terrorla mübarizə müzakirə olunub.

“Prezident Tramp ABŞ-ın NATO üzrə strateji tərəfdaşı və müttəfiqi olan Türkiyəyə dəstək verdiyini bir daha bəyan edib və İŞİD-lə mübarizədə Ankaranın verdiyi töhfəni yüksək qiymətləndirib”, – deyə Ağ Evin məlumatında qeyd olunub.

“Anadolu”nun xəbərinə görə isə məlumatda bildirilir ki, iki ölkə arasında sıx, uzunmüddətli münasibətlər mövcuddur, habelə terrorçuluğun bütün formalarına qarşı birgə mübarizəyə sadiqlik var.

Türkiyə prezidenti terrorla mübarizədə mövcud əməkdaşlıqdan məmnunluğunu ifadə edib. Onun sözlərinə görə, iki ölkəni möhkəm dostluq və müttəfiqlik əlaqələri bağlayır.

Ərdoğan həmçinin Trampa prezidentlik dövründə uğurlar arzulayıb

Həmçinin oxuyun

Bankların kredit fırıldağı – Müştərini belə aldadırlar 

Əksər banklar müxtəlif yollarla vətəndaşları kredit kartlarından istifadəyə təşviq edir. İlk baxışda olduqca sərfəli və …

Bir cavab yazın