Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / İqtisadiyyat / Ərdoğan rəqiblərini darmadağın edir

Ərdoğan rəqiblərini darmadağın edir

AKP bütün proqnozları darmadağın edərək, seçki nəticələrinə görə təkbaşına hökumətə doğru sürətlə irəliləyir. 
Axar.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu Türkiyədə bu gün keçirilən parlament seçkilərinin ilkin nəticələrini şərh edərkən deyib. O bildirib ki, Ərdoğan və Davudoğlu cütlüyü 7 iyunda itirdikləri səsləri artıqlamasıyla geri qaytarırlar:
“Bu seçkidən 4 ilkin nəticə çıxır: Birinci nəticə – Ərdoğan bu səslərə arxalanaraq yenidən cümhurbaşqanının səlahiyyətlərini artıracaq, Konstitusiya dəyişikliklərini gündəmə gətirəcək; İkinci nəticə – PKK-ya qarşı mübarizə davam edəcək, eyni zamanda, problemin danışıqlar yoluyla həlli imkanlarına da qayıdılacaq; Üçüncü nəticə – Fətullah Gülən tərəfdarlarının sıxşdırılması prosesi davam edəcək. Koalisyon hökumət qurulsaydı, bu məsələ arxa plana keçəcəkdi. Dördüncü nəticə – müxalifət liderlərinin istefası aktuallaşacaq, CHP və MHP davamlı məğlubiyyətlərdən bezib, müxalifətdə yeni liderlərə ehtiyac var”.

 

Həmçinin oxuyun

Dollar və qızılın dəyərinin artması nədən xəbər verir?

Günlərdir dünya bazarında ABŞ dolları dəyər qazanır. Həmçinin neftin qiyməti də yüksəlir.“Bloomberg” yazır ki, Yaxın Şərq ətrafında …

Bir cavab yazın