Çərşənbə , Aprel 24 2024
Ana səhifə / İqtisadiyyat / Ərdoğan Putindən üzr istəməyib? – Ankaradan reaksiya

Ərdoğan Putindən üzr istəməyib? – Ankaradan reaksiya

Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın Rəcəb Tayyib Ərdoğanın rusiyalı həmkarı Vladimir Putinə məktub ünvanladığını təsdiq edib.

Azinforum.az Report-a istinadən xəbər verir ki, Kalın Ərdoğanın məktubda Rusiyaya məxsus “Su-24” təyyarəsinin vurulmasından dərin kədər hissi keçirdiyini bildirib.

Onun sözlərinə görə, Türkiyə prezidenti məktubunda “həyatını itirən rus pilotun ailəsinə bir daha kədərlərinə şərik olduğumu, başsağlığı vermək istədiyimi və üzürlü hesab etsinlər” kimi ifadələrdən istifadə edib.

Kalın, Ərdoğanın Putinə göndərdiyi məktubda, Türkiyə ilə Rusiya arasında ənənəvi dostluq əlaqələrinin yenidən qurulması, regional böhranların həlli üçün əməkdaşlıq və terrorçuluqla birgə mübarizə aparılması üçün müraciət etdiyini bildirib.

Qeyd edək ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov isə mətbuata verdiyi açıqlamada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın RF lideri Vladimir Putindən üzr istədiyini bildirib.

Həmçinin oxuyun

“Tenderlərə nəzarət edən qurumun qanunundan xəbəri yoxdur” – Ekspert

Dövlət satınalmalarına nəzarət edən qurum – İqtisadiyyat Nazirliyi Yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət …

Bir cavab yazın