Ana səhifə / İqtisadiyyat / Ərdoğan-Putin görüşündə əsas müzakirə mövzusu nə olacaq? – RƏSMİ AÇIQLAMA

Ərdoğan-Putin görüşündə əsas müzakirə mövzusu nə olacaq? – RƏSMİ AÇIQLAMA

Türkiyə prezidenti Rəcəb Rayyip Ərdoğan rusiyalı həmkarı Vladimir Putin ilə görüş zamanı müzakirə olunacaq məsələlərdən danışıb.

Oxu.az-un məlumatına görə, Ərdoğan Ankaradakı iqtisadi forumda çıxışı zamanı bildirib ki, Rusiya prezidenti ilə Sankt-Peterburq şəhərində keçirilməsi nəzərdə tutulan görüş zamanı RF bombardmançısının vurulmasından sonra iki ölkə arasındakı münasibətlərdə yaranan böhranı müzakirə etməyi planlaşdırır.

Türkiyə prezidenti əlavə edib ki, danışıqlar zamanı, həmçinin iqtisadi əməkdaşlıq və regionda baş verən proseslər ətrafında fikir mübadiləsi aparılacaq.

Qeyd edək ki, Rusiya və Türkiyə liderləri avqustun 9-da Sankt-Peterburq şəhərində görüşəcəklər.

Həmçinin oxuyun

Gömrük xətti ilə büdcə daxilolmaları AZALDI 

Cari ilin yanvar-fevral aylarında gömrük orqanlarının xətti ilə dövlət büdcəssinə 485 milyon 613.7 min manat …

Bir cavab yazın