Cümə , Aprel 19 2024
Ana səhifə / İqtisadiyyat / Ərdoğan: “Məqsədləri Türkiyəni diz üstə qoymaqdır”

Ərdoğan: “Məqsədləri Türkiyəni diz üstə qoymaqdır”

Türkiyəyə hücum edən terror təşkilatları vahid mərkəzdən idarə olunur. “Anadolu” agentliyi xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Şanlıurfadakı çıxışında deyib.

“Terrorçulara silah və pul verilir. Məqsəd Türkiyəni diz üstə qoymaqdır. Amma buna nail ola bilməyəcəklər. Türkiyə öz yolu ilə gedəcək. PKK, İŞİD, FETÖ Türkiyəyə ard-arda zərbə vurmağa çalışır. Heç kim inkar edə bilməz ki, onlar müəyyən güclər tərəfindən silahlandırılmır, maliyyələşdirilmir. Türkiyəyə açıq şəkildə qarşı çıxmağa qadir ola bilməyənlər terrorçuların əli ilə öz planlarını həyata keçirməyə çalışırlar”.

Onun sözlərinə görə, bu gün Türkiyəyə hücum edən terrorçuları dəstəkləyənlər sabah özləri bu təhlükəyə hədəf olacaqlar.

Həmçinin oxuyun

Azərbaycanda bu məhsullar ucuzlaşdı – RƏSMİ

Azərbaycanda ərzaq qiymətləri ucuzlaşıb. Dövlət Statistika Komitəsinin hesabatında bildirilib ki, bu ilin yanvar-mart aylarında ölkədə …

Bir cavab yazın