Ana səhifə / İqtisadiyyat / Ərdoğan Klıcdaroğlunu məhkəməyə verir – “Qızıl unitaz” qalmaqalı 

Ərdoğan Klıcdaroğlunu məhkəməyə verir – “Qızıl unitaz” qalmaqalı 

Türkiyə prezidenti Tayyib Ərdoğan CHP sədri Kamal Klıcdaroğlunu məhkəməyə verir.

Bu barədə Ərdoğanın vəkili Əli Özkaya açıqlama verib.

Vəkil deyib ki, Ərdoğan Klıcdaroğlunu Prezident Sarayı iddiaları ilə bağlı məhkəməyə verir.

Qeyd edək ki, Klıcdaroğlu açıqlama verərək, Prezident Sarayının unitazlarının qızıldan olduğunu bildirmişdi. Ərdoğan isə Klıcdaroğlunu yalançılıqda və böhtançılıqda suçlayaraq, CHP sədrinin iddialarını sübut edə biləcəyi təqdirdə prezident vəzifəsindən istefa verəcəyini demişdi.

Vəkil Klıcdaroğluna qarşı yalan söylədiyi və böhtan atdığı üçün , təzminat davası açacaqlarını qeyd edib.

İddia ərizəsi bu gün təqdim ediləcək.

Həmçinin oxuyun

Gülağa Bağırov 1 milyonu NEYNƏDİ?

Göz qamaşdırıcı tenderləri ilə diqqət çəkən qurumlardan biri də Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq …

Bir cavab yazın