Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / İqtisadiyyat / Ərdoğan Belçikada liftdə qaldı

Ərdoğan Belçikada liftdə qaldı

Belçikada Avropa Parlamenti rəsmiləri ilə görüşmək üçün səfərdə olan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan liftdə qalıb.

Azinforum.az-ın sozcu.com.tr-yə istinadən xəbərinə görə, prezidentin mindiyi lift uzun müddət işləməyib. Avropa Parlamentinin prezidenti Martin Şults ilə görüşən Ərdoğan daha sonra liftə minib. Lift isə çox yükləndiyi üçün işləməyib. Ərdoğanın mühafizəçiləri “bir nəfər düşsün” deyərək vəziyyətə müdaxilə ediblər.

9 nəfərin mindiyi liftdən bir mühafizəçi düşsə də, lift hərəkətə keçməyib. Daha sonra mühafizəçilər liftin nəzarət panelinə müdaxilə edib onu düzəltməyə çalışıblar.

Həmçinin oxuyun

Azərbaycanda bu məhsullar ucuzlaşdı – RƏSMİ

Azərbaycanda ərzaq qiymətləri ucuzlaşıb. Dövlət Statistika Komitəsinin hesabatında bildirilib ki, bu ilin yanvar-mart aylarında ölkədə …

Bir cavab yazın