Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / İqtisadiyyat / Ərdoğan: “Antiterror əməliyyatları dayanmayacaq”

Ərdoğan: “Antiterror əməliyyatları dayanmayacaq”

Türkiyənin cənub və cənub-şərq bölgələrində PKK-ya qarşı antiterror əməliyyatları davam edir. Silvan qəsəbəsinə tətbiq edilən komendant saatının 9-cu günündə bölgədə havadan və qurudan genişmiqyaslı əməliyyat başladılıb. Atışmalarda Türkiyə Silahlı Qüvvələrinin bir leytenantı şəhid olub, bir əsgər yaralanıb. Noyabrın 10-da qəsəbəyə gələn HDP heyəti isə “xalq və dostlarımızla əlaqəmiz kəsilib” açıqlaması verib.

“Radikal” yazır ki, Silvanda 9 günlük komendant saatında terror qruplaşmalarının qazdıqları onlarla xəndək doldurulub, eləcə də qurulan barrikadalar dağıdılıb. Əməliyyat zamanı terrorçular Mescit, Tekel, Konal məhəllələrində hökumət qüvvələrinə silahlı müqavimət göstərib. HDP-nin Diyarbəkir millət vəkili Feleknas Uca isə noyabrın 10-da bölgəyə gələn və aralarında 3 millət vəkili olan heyətlə əlaqə qura bilmədiklərini deyib.

Yada salaq ki, bu Silvanda son 10 gündə həyata keçirilən ikinci əməliyyatdır. Birinci əməliyyat zamanı təhlükəsizlik qüvvələri öncədən müəyyən edilən ünvanlarda axtarış zamanı xeyli sayda silah-sursat aşkarlamış, 7 terrorçu məhv edilmiş, 1 əsgər isə şəhid olmuşdu. Bundan sonra ərazidə fövqəladə vəziyyət və komendant saatı tətbiq edilmiş, ərazi həm qurudan, həm havadan nəzarətə götürülmüşdü.

Ərazinin aid olduğu Diyarbəkir valiliyinin yaydığı açıqlamada bildirilir ki, noyabrın 11-də keçirilən əməliyyata çox sayda zirehli texnika və canlı qüvvə cəlb edilib, ərazi terrorçuların istehkamlarından təmizlənib. Əsasən 3 məhəllədə təhlükəsizlik qüvvələri terrorçuların silahlı müqaviməti ilə üzləşib və atəş nöqtələri dərhal müdaxilə ilə susdurulub.

HDP isə antoterror əməliyyatlarının şəhər həyatını iflic etdiyini deyir. Partiya rəsmilərinin bu haqda açıqlamasında komendant saatı tətbiq edilən ərazilərdə elektrik su, telefon və internet sıxıntısı olduğu qeyd edilib.

Bu gün təhlükəsizlik qüvvələrinin müşayiəti ilə atışmalar zamanı həlak olan yerlilərin dəfn mərasimi olub. HDP heyətinin qatıldığı mərasim insidentsiz başa çatıb.
Dəfn mərasimindən sonra HDP millət vəkilləri hökuməti bölgədə bütün silahlı əməliyyatları dayandırmağa, kürd xalqının siyasi iradəsinə sayğı duymağa çağırıb.

Baş nazir Əhməd Davudoğlu və prezident Rəcəb Tayyib Ərdoğan isə antiterror əməliyyatlarının son terrorçu məhv edilənə qədər davam edəcəyini bildiriblər. Türkiyə rəhbərlərinin son çıxışlarında əməliyyatların kürd xalqına deyil, Türkiyə dövlətini zəiflətmək, ölkədə iğtişaşlar yaratmaq istəyən bölücü terror qruplaşmalarına qarşı yönəldiyi vurğulanır. Prezident Ərdoğan qeyd edib ki, seçkidən öncə dediyi kimi antiterror əməliyyatları ölkənin təhlükəsizliyini təhdid edən bütün qüvvələr məhv edilənə qədər davam edəcək. Musavat.com

Həmçinin oxuyun

Bu bank üçün “əcəl zəngi” çalınır

“Bank BTB”nin rəhbərliyində dəyişikliklər davam edir. Bu dəfə bankın Müşahidə Şurasının üzvü İkram Hümbətov vəzifəsindən …

Bir cavab yazın