Ana səhifə / İqtisadiyyat / Ərdoğan: Almaniyanı biabır edəcəyik

Ərdoğan: Almaniyanı biabır edəcəyik

Baş verənləri dünyaya çatdırıb Almaniyanı rüsvay edəcəyik.

Axar.az xəbər verir ki, bu sözləri Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan türk nazirlərin Almaniyada toplantılarının ləğv edilməsinə münasibət bildirərkən deyib.

“Danışdırmasınlar. Danışdırmamaqla Almaniyadakı səslərin “Yox” çıxacağını zənn edirlər? Ey Almaniya, sizin demokratiya ilə əlaqəniz yoxdur. Sizin indiki siyasətiniz nasizim rejimindən fərqli deyil. Bizə demokratiya dərsi verirsiniz, amma nazirin çıxışına qadağa qoyursunuz”, – Ərdoğan bildirib.

Qeyd edək ki, türk nazirlər – Bəkir Bozdağ və Nihad Zeybekçinin Almaniyada baş tutacaq toplantıları yerli hökumət tərəfindən ləğv edilmişdi.

Həmçinin oxuyun

Gülağa Bağırov 1 milyonu NEYNƏDİ?

Göz qamaşdırıcı tenderləri ilə diqqət çəkən qurumlardan biri də Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq …

Bir cavab yazın