Şənbə , Aprel 20 2024
Ana səhifə / İqtisadiyyat / Ərdoğan ABŞ xalqına səsləndi…

Ərdoğan ABŞ xalqına səsləndi…

Putinin ardından Ərdoğan da ABŞ-ın yeni prezidenti Trampı təbrik edən dövlət başçılarından olub.

Milli.az bildirir ki, Rəcəb Tayyib Ərdoğan MÜSİAD-in (Müstəqil Sənaye və İşadamları Dərnəyi) iclasında çıxışı zamanı: “Şəxsim, millətim adından ABŞ xalqının bu seçiminin xeyirli olacağına, uğurlarla bol günlərin onları gözlədiyinə ümid edirəm”, – deyib.

Ərdoğan çıxışının davamında: “Bu seçimdən sonra Amerikada demokratların iki dönəm hakimiyyətinin ardınca yenidən respublikaçılar hakimiyyətə gəldilər. Amerikada yeni bir dövr başlayır. Ümid ederim ki, Amerika xalqının bu seçimi dünyaya demokratiya, sülh üçün əsl töhfə olacaq”, – ifadələrini səsləndirib.

Həmçinin oxuyun

Azərbaycanda daha bir bank bağlanır – RƏSMİ

“Naxçıvan Bank” ASC bu ilin ilk rübündə 12 milyon manata yaxın kiçilib. Bankın aktivləri 1 …

Bir cavab yazın