Cümə axşamı , Mart 28 2024
Ana səhifə / İqtisadiyyat / ƏN RİSKLİ BANKLAR MƏLUM OLDU… – “Bank of Baku”, “Unibank”…

ƏN RİSKLİ BANKLAR MƏLUM OLDU… – “Bank of Baku”, “Unibank”…

2019-cu ilin ilk rübü üzrə riskli aktivlərinin həcminə görə bankların siyahısına nəzər yetirdikdə onların bir neçəsinin vəziyyətinin o qədər də ürəkaçan olmadığı üzə çıxır. Riskli aktivlər adından da göründüyü kimi, bankların qiymət dəyişiminə uğraya biləcək aktivləridir, yəni bu aktivlərin müəyyən mənada banka vaxtında və tam qaytarılmaması, yaxud ümumiyyətlə batması ehtimalı mövcuddur.

Qeyd edək ki, riskli aktivlərin çoxluğu əsas etibarilə bankların daha çox gəlir əldə etmək istəyindən, iştahasından irəli gəlir və onların böyük hissəsini yüksək faizlə verilmiş, az qala analoqu olmayan kreditlər təşkil edir. Bu isə təəssüf ki, Azərbaycan bankçılığı üçün adi hala çevrilib…

Lakin belə aktivlərin çoxluğu istənilən bankı müflisləşmə təhlükəsi ilə üz-üzə qoya bilər. Və bu göstərici bankların riskli aktivləri qarşısında dayanıqlığını göstərən adekvatlıq əmsalını müəyyən etmək üçün olduqca vacibdir. Lakin bankların vəziyyətini əks etdirən əsas göstərici sadəcə riskli aktivlərin məbləği yox, daha çox həmin məbləğin bankın ümumi aktivlərindəki payıdır.

Misal üçün aşağıdakı cədvəldən göründüyü kimi, ən çox riskli aktivi olan “Beynəlxalq Bank”dır. Lakin bu bankın ümumi aktivləri riskli aktivlərindən 3 dəfəyədək çoxdur. Bu bankın məcmu kapitalı və adekvatlıq əmsalı da yüksəkdir. Eyni sözləri “Kapital Bank” və “Paşa Bank”a da aid etmək olar. Deməli, bu bankları qətiyyən riskli banklar hesab etmək olmaz, əksinə, onlar daha dayanıqlı sayıla bilər.

Ancaq misal üçün “AGBank”, “Bank of Baku” və “AccesBank” kimi bankların vəziyyəti daha riskli görünür. Məsələn, birinci rübün nəticələrinə görə, “AGBank”ın cəmi aktivləri 495 milyon manat təşkil edib. Bunun 430 milyondan artığı riskli aktivlərdir.

1549088654_01-1

“AccesBank”ın isə cəmi aktivləri 800 milyon manat olduğu halda, riskli aktivləri təxminən 637 milyon manat təşkil edib. Bunlar kifayət qədər böyük rəqəmlərdir və risk dərəcəsinin yüksək olduğundan xəbər verir.

Riskli banklardan biri sayılan “AccesBank”ın İdarə Heyətinin sədri Anar Həsənov özü də bankın bir müddət zərərlə işləyəcəyini demişdi və bu proqnoz özünü doğruldub. Belə ki, bank birinci rübdə 74 milyon manat zərər edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 9 dəfə(!) çoxdur. Bunun da səbəbi bankın aktivlər üzrə mümkün zərərin ödənilməsi üçün böyük məbləğdə – 92 milyon manata yaxın vəsait ayırmağa məcbur olmasıdır. Bu faktın özü bankın riskli vəsaitlərinin çox olmasından xəbər verir. Və bütün bunlar ölkə başçısının problemli kreditlərin həllinə dair fərmanına rəğmən baş verməkdədir. Xatırladaq ki, bu fərman vətəndaşlarla yanaşı bankların da kreditlərlə bağlı problemlərinin əsaslı surətdə həll edilməsinə yönəlib.

Eyni sözləri “Bank of Baku”ya da aid etmək olar. Bankın cəmi aktivləri 271 milyon manata yaxın olduğu halda, riskli aktivləri təxminən 263 milyon manatdır.
“Unibank”da da bu sarıdan vəziyyət ürəkaçan deyil – 736 milyon manata qarşı 550 milyon riskli aktiv. Bu siyahını artırmaq və digər bir neçə bankı da əlavə etmək olar.

uni_bank_2

Bir məqamı da qeyd edək ki, riskli aktivlərin çoxluğu bankların dayanıqlığını göstərən ən başlıca göstərici – kapital adekvatlığı əmsalında da özünü biruzə verir və adlarını çəkdiyimiz bankların “axsadıqları” elə bu əmsalda da özünü göstərir. Sözügedən banklar həmin əmsalın ən aşağı olduğu banklar sırasındadır.

Bu sırada Elman Rüstəmova aid olduğu bildirilən “Bank Respublika” da var. Bu bankın məcmu kapitalı onun risk ölçülü aktivlərinin cəmi 10 faizini təşkil edir. “AGBank” da eyni vəziyyətdədir – 10.11 faiz.

скачанные файлы

Ötən rüb məcmu kapitalı 90 milyon manata çatan “AccesBank” yalnız kapitallaşma hesabına bu göstəricisini qismən düzəldə bilib və 14 faizə çatdırıb. Birinci rübün nəticələrinə görə, adekvatlıq əmsalı çox zəif və minimal normadan da aşağı, yəni vəziyyəti daha “sürüşkən” olan isə “Bank of Baku”dur – 6.5 faiz.

Yuxarıda qeyd etdiklərimiz dövlət səviyyəsində güzəştlərə və yaradılan şəraitə rəğmən əsas etibarilə ayrı-ayrı məmur-oliqarxların nəzarətində olan Azərbaycanın bank sektorunun fəaliyyətinin hələ də qənaətbəxş olmamasının daha bir göstəricisidir. Xatırladaq ki, məhz bank sektoru yenə də müasir standartlara, normalara tam uyğunlaşa bilməyən və əhalinin ən çox şikayət etdiyi, narazı qaldığı sahələrdən biri olaraq qalmaqdadır.
2019-cu ilin ilk rübü üzrə riskli aktivlərinin həcminə görə bankların siyahısı:

BankRiskli aktivlər 
(manat)
Beynəlxalq Bank3 179 648 000
Kapital Bank2 253 328 000
Paşa Bank2 204 907 000
Xalq Bank1 863 461 880
Premium Bank827 735 000
AccessBank636 948 240
Atabank59 661 2580
Unibank550 062 000
Muğanbank523 024 260
Bank Respublika461 713 000
ASB Bank449 761 120
AGBank430 187 279
Rabitəbank376 043 000
Nikoil Bank293 273 330
Expressbank292 804 000
Bank of Baku262 992 780
Ziraat Bankı251 372 930
NBC Bank245 421 000
Bank BTB235 156 000
Azər Türk Bank224 087 640
Gunay Bank184 649 450
AFB Bank177 423 170
VTB Bank Azərbaycan143 365 910
Bank Avrasiya99 490 900
Naxçıvanbank52 969 270
Pakistan milli bankının Bakı filialı4 046 500

Həmçinin oxuyun

Gülağa Bağırov 1 milyonu NEYNƏDİ?

Göz qamaşdırıcı tenderləri ilə diqqət çəkən qurumlardan biri də Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq …