Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / İqtisadiyyat / Əmanətlərin sığortalanması müddəti uzadılır

Əmanətlərin sığortalanması müddəti uzadılır

“Əmanətlərin tam sığortalanması haqqında” qanunun qüvvədə olma müddəti daha 4 ay artırılacaq.

Bununla bağlı hazırlanmış qanun layihəsi Milli Məclisin dekabrın 11-də keçiriləcək növbəti plenar iclasında müzakirəyə çıxarılacaq.

Sənəddə qanunun qüvvədə olma müddətinin 2021-ci ilin 5 aprel tarixinə qədər artırılması qeyd olunub.

Xatırladaq ki, “Əmanətlərin tam sığortalanması haqqında” 4 mart 2016-cı ildə, 3 il müddətinə qəbul edilib. Ötən il martın 4-də Milli Məclis qanunun qüvvədə olma müddətini 1 il, bu il martın 13-də isə daha 9 ay uzadıb.

Həmçinin oxuyun

Bu bank üçün “əcəl zəngi” çalınır

“Bank BTB”nin rəhbərliyində dəyişikliklər davam edir. Bu dəfə bankın Müşahidə Şurasının üzvü İkram Hümbətov vəzifəsindən …